27 min dollara sürücü axtarılır

9-10-2021, 00:58           
27 min dollara sürücü axtarılır
Bukinqem sarayına sürücü axtarılır.

Bizim.Media xəbər verir ki, bu barədə "Ensonhaber" informasiya verib.

Kraliça II Yelizaveta Bukinqem sarayında və ətrafında bir çox vəzifəyə yeni işçi axtarır.

Kral ailəsi həmçinin bağban, məlumat analitiki, satış köməkçisi, ofis müdiri, xidmət masası analitiki və anbar sürücüsü kimi vəzifələrə də vakansiya elan edib.

Kraliçanın sarayında özəl günlər üçün xidmət göstərəcək aşpaz da axtarılır.

"People" nəşrinin yazdığına görə, Bukinqem sarayına yük maşını sürücüsü də lazımdır və onun maaşı 20 min funt sterlinq (təxminən 27 min dollar) olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru