Meyitdən uşaqlıq orqanı köçürülən qadın ana oldu - Dünyada ilk

9-10-2021, 07:31           
Meyitdən uşaqlıq orqanı köçürülən qadın ana oldu - Dünyada ilk
Dünyada ilk dəfə tibdə Türkiyədə meyitdən uşaqlıq orqanı köçürülməsi olunan 33 yaşlı Derya Sert ana olub. Onun oğlu dünyaya gəlib.

Teref.az xəbər verir ki, ana 15 aylıq oğlu Ömer Özkanla ilk dəfə kameralar qarşısına keçib.

Orqan nəqlini həyata keçirən professor cərrah Ömer Özkan adaşını qucağına alıb.
Dünyada 5 min qadından biri uşaqlıq orqanı nəqlini gözləyir.

Lakin cəmiyyətdə hələ də başqasından qadına rəhim nəqli yanlış qəbul olunur, dəstəklənmir. Halbuki orqan bağışlanması olarsa, gənc qadınlar bu yolla ana ola bilər.

Uşaqlıq orqanı nəqli anadangəlmə və ya sonradan uşaqlığı olmayan, götürülən, travmalı və ya hamilə qalmağa uyğun olmayan anatomik quruluşlu qadınlara həyata keçirilir./Medicina.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru