Məşhur “qanuni oğru” həbsdən çıxdı

9-10-2021, 08:00           
Məşhur “qanuni oğru” həbsdən çıxdı
Məşhur "qanuni oğru", kriminal aləmdə "Taro" ləqəbiylə tanınan Tariel Onianı azadlığa çıxıb.

Bu barədə "Kriminalqafqaz" Rusiya mətbuatına istinadən xəbər verir.

63 yaşlı gücrü əsilli kriminal avtoritet İspaniyada həbsdən çıxdıqdan sonra naməlum istiqamətdə ölkəni tərk edib.

Qeyd edək ki, İspaniya məhkəməsi 2020-ci ilin yazında Onianini 4 il həbs cəzasına məhkum edib. O, ölkədə çirkli pulların yuyulması məqsədi ilə yaradılmış cinayətkar qrupa üzv olmaqda günahkar bilinib.

Oniani "Qara Delfin" xüsusi rejim koloniyasından azad edildikdən sonra 2019-cu ilin oktyabr ayında Rusiyadan İspaniyaya ekstradisiya edilmişdi. O, 10 il müddətinə azadlıqdan məhrum edilib və həbs cəzasının bitməsinə 2 ay qalmış azadlığa buraxılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru