Əşrəf Qəninin mühafizəsinin rəhbəri: “Ölkədən milyonlarla dollarla qaçdı”

10-10-2021, 08:44           
Əşrəf Qəninin mühafizəsinin rəhbəri:
Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəninin mühafizə xidmətinin rəhbəri Piraz Ata Şərifi əlində keçmiş liderin ölkədən yüz milyonlarla dollarla qaçmasına dair sübutları əks etdirən videolar olduğunu açıqlayıb.

O qeyd edib ki, görüntülər prezident sarayındakı müşahidə kameraları vasitəsilə çəkilib.

“Məndə Əfqanıstan Mərkəzi Bankından bir nəfərin Qəni getməzdən əvvəl ona çoxlu pul gətirməsinə dair görüntülər var. Yüzlərlə milyon, bəlkə də milyardlarla dollar”, - deyə P.Şərifi bildirib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru