"Blue Origin" suborbital uçuşu təxirə salıb

11-10-2021, 09:20           
"Blue Origin" suborbital uçuşu təxirə salıb
Amerikanın özəl aerokosmik şirkəti "Blue Origin" əlverişsiz hava şəraiti səbəbindən suborbital uçuşunu təxirə salıb.

SİA "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şirkət öz "Twitter" səhifəsində məlumat yayıb.

Bildirilir ki, uçuş 13 oktyabra təyin edilib.

"New Shepard" suborbital raketinin 18-ci uçuşunun ekipaj heyətində məşhur aktyor Vilyam Şetner, "Blue Origin" şirkətinin vise-prezidenti Odri Pauers, NASA-nın keçmiş mühəndisi, "Planet Labs" şirkətinin həmtəsisçisi Kris Boşuayzen və sahibkar Qlen de Vri kosmosa uçacaqlar.

Xatırladaq ki, şirkətin sahibi Jeff Bezosun da iştirak etdiyi əvvəlki uçuş 20 İyulda həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru