Azərbaycanlı "oğru"nu heç bir ölkə qəbul etmir: - "Rufo" hələ də Moskvadadır

11-10-2021, 17:32           
Azərbaycanlı "oğru"nu heç bir ölkə qəbul etmir: -
Bu il sentyabrın 7-də azadlığa çıxan azərbaycanlı kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”) hələ də Moskvadadır.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ülfət Tağıyev hazırda Moskva şəhərində, Xarici Vətəndaşların Saxlanma Mərkəzindədir. Onun nə vaxtacan həmin Mərkəzdə saxlanılacağı bilinmir.

Bir qədər əvvəl Rusiya KİV-i “Rufo Gəncinski”nin ya Türkiyəyə, ya da BƏƏ-yə göndəriləcəyi barədə xəbər yaymışdı. Amma indi məlum olur ki, kriminal avtoriteti heç bir dövlət öz ərazisində görmək istəmir. Yeri gəlmişkən, ölkəni tərk edəcəyi təqdirdə onun Rusiyaya girişi də mümkün deyil. Çünki “Rufo”nun Rusiyaya girişinə ömürlük yasaq qoyulub.

Xatırladaq ki, “Rufo Gəncinski” qəsdən adamöldürmə maddəsi ilə ittiham olunaraq, 8 il azadlıqdan məhrum edilmişdi. O, Sibirdə Voloqda vilayətinin Şeksna qəsbəsindəki 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru