Fransa Qarabağla bağlı sülh razılaşmasının anonsunu verdi

13-10-2021, 11:15           
Fransa Qarabağla bağlı sülh razılaşmasının anonsunu verdi
Fransa Rusiya və ABŞ-la birgə Azərbaycan və Ermənistan arasında sülh razılaşması üzərində çalışır.

Axar.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.

O, bu prosesdə Minsk Qrupunun hər üç həmsədr ölkəsinin iştirak etdiyini bildirib:

“Mən burada Ermənistandayam və ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Mən artıq deyə bilərəm ki, Nyu Yorkda inkişaf qeydə alınıb. Biz xarici işlər nazirlərinin görüşünü məmnuniyyətlə təşkil etdik. Bu, böyük addımdır. Ümid edirəm ki, buna bənzər başqa addımlar da olacaq”, - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru