Akvariumda pişik üçün "illüminator" hazırladılar - FOTO+VİDEO

17-02-2022, 08:35           
Akvariumda pişik üçün "illüminator" hazırladılar - FOTO+VİDEO
ABŞ sakinləri öz pişikləri üçün təkmilləşdirilmiş akvarium düzəltdiriblər. İndi pişiklər balıqları digər ev heyvanlarının ancaq xəyal edə biləcəyi şəkildə seyr edə bilirlər.

Moderator.az xarici mediaya istinadla xəbər verir ki, Sinsinnati (Ohayo ştatı) ştatından olan bir ailə ev heyvanlarını sevindirmək üçün akvariumun dibində kvadrat oyuq düzəltdirib. Akvariumun altına girən və başını bu boşluğa soxan pişik əslində özünü "suyun altında" hiss edir və o, burada onu 360 dərəcədə valeh edən elementlərlə vəhdətdən həzz ala bilər. Həmçinin boşluğunn aşağı hissəsində heyvanların rəngarəng balıqların hərəkətinə heyranlıqla baxaraq yuxuya getməsi üçün yumşaq yataq var.

“Evimizdə həmişə akvarium olub. Dörd pişiyimiz var, onlar əvvəllər akvariumun yanındakı stula çıxıb balıqlara baxmağı xoşlayırdılar. Keçən ilin dekabr ayında sifarişlə yeni akvarium düzəltdirməyə qərar verdik və heyvanların şüşə kubun içərisinə girməyə alışması üçün bir ay lazım oldu. Bunu ilk olaraq siam pişiyimiz Casper etdi: uzun müddət qərar verə bilmirdi, lakin maraq qorxuya üstün gəldi", - deyə heyvanların sahibəsi Melissa Kriger bildirib.

Maraqlıdı ki, pişik akvariumun "illüminatorunu" yüksək qiymətləndirib: gündə bir neçə dəfə kuba girərək vaxtının çoxunu orada keçirir. Kriger heyvanı lentə almağa başlayıb və hətta onun üçün “Instagram” səhifəsi də açıb.
Pişik psixologiyası üzrə mütəxəssis Cekson Gelaksiyə görə, təkmilləşdirilmiş akvarium "pişik televizorunu xatırladan əla ideyadır". Eyni zamanda, pişiyin görünməsi balıqları heç narahat etmir: onlar Casperə öyrəşiblər və ona əhəmiyyət vermirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.