Yaponlar hirslənən və təəəcüblənən uşaq-robot hazırladılar - VİDEO

17-02-2022, 10:50           
Yaponlar hirslənən və təəəcüblənən uşaq-robot hazırladılar - VİDEO
Yaponiyanın “RIKEN Guardian Robot Project” şirkətinin mütəxəssisləri uşaq simasına malik Nickla adlı robot hazırlayıblar.

O, insanın altı əsas duyğusunu əks etdirə bilir.

Robot qəzəb, ikrah, qorxu, kədər, təəccüb və xoşbəxtliyi nümayiş etdirir. Android- uşaq inandırıcı emosiyalar yaratmaq üçün yalançı əzələlərə malikdir. 29 xüsusi pnevmatik ötürücü səssiz hava təzyiqi hesabına işləyir, bunun sayəsində süni əzələlər fəaliyyət göstərir.

Yapon mütəxəssisləri əmindirlər ki, gələcəkdə bu tipli robotlar sosial psixologiya sahəsində, məsələn, xəstəxanalarda yaşlı insanlarla qarşılıqlı əlaqə üçün istifadə olunacaq.


Mənbə: potokmedia.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.