Məhkəmə Cavanşir Feyziyevlə bağlı QƏRAR VERDİ

18-02-2022, 08:01           
Məhkəmə Cavanşir Feyziyevlə bağlı QƏRAR VERDİ
İctimai fəal Bəxtiyar Hacıyevin deputat Cavanşir Feyziyev barəsindəki xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə prosesi keçirilib.

Teref.az xəbər verir ki, şikayətə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. B.Hacıyev Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) C.Feyziyevə cinayət işi başlanılmasını istəyib.

Feyziyevin vəkili deyib ki, jurnalistlərin təhqir edildiyi yazını Cavanşir Feyziyev yazmayıb və səhifə ona məxsus deyil.

Məhkəmədə qərar elan olunub. Qərara əsasən, Bəxtiyar Hacıyev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət icraata götürməyib.

Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.

Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru