Kəmaləddin Heydərovun bacanağı məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT

18-02-2022, 10:33           
Kəmaləddin Heydərovun bacanağı məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
"AFB Bank” ASC "Ecohouse” MMC-ni məhkəməyə verib. Teref.az qaynarinfo-ya istinadla xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

"Ecohouse” MMC barədə açıq mənbələrdə hər hansı məlumat olmasa da, "AFB Bank" Azərbaycanda kifayət qədər yaxşı tanınır. Çünki bu bank Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir.

"AFB Bank” ASC-nin səhimlərinin 99,6%-i vaxtı ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilən "Gilan” MMC-yə məxsus olub. 2019-cu ilin fevral ayında "Gilan” MMC bankdakı səhimlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhimlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir.

Mediada yayılan məlumatlara görə, "AFB Bank” ASC-nin yeni səhmdarı Hikmət İsmayılov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu məlumat indiyə qədər təkzib olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru