"Sürücülərin üzr videosunu DİN çəkməyib" - RƏSMİ

19-02-2022, 00:01           
"Sürücülərin üzr videosunu DİN çəkməyib" - RƏSMİ
“Sürücülərin üzrxahlıq videosu Daxili işlər Nazirliyi tərəfindən çəkilməyib”.

Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Baku TV-yə müsahibəsində jurnalistin “Sürücülərin üzr videosu yayıldı. Eyni zamanda, müğənni Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər etdi, amma onun üzr videosu yayılmadı. Bu nə dərəcədə ədalətlidir?” sualına cavabında deyib.

“Bütün hallarda bu neqativ hala yol verən şəxslərin hüquqazidd əməlləri ilə bağlı tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, - DİN rəsmisi qeyd edib.

Xatırladaq ki, sözügedən video telekanallarda əməliyyat çəkilişi kimi yayımlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru