Bella Hadid hicabın müdafiəsinə qalxdı

19-02-2022, 09:27           
Bella Hadid hicabın müdafiəsinə qalxdı
Fələstin əsilli supermodel Bella Hadid hicablı müsəlman qadınlara qarşı ayrı-seçkiliyin əleyhinə çıxıb.

O, bu mövzuda “Instagram” səhifəsində silsilə paylaşımlar edib.

25 yaşlı supermodel bütün dünyada müasir müsəlman qadınların üzləşdiyi aktual problemlərdən danışıb.

“Biz bu zehniyyəti dəyişdirməli və mühakimə hissini idarə etməliyik. Dostlarınıza, uşaqlarınıza, valideynlərinizə və ailənizə hicab taxmağın, müsəlman olmağın və ya başqa irqdən olmağın təhlükə olmadığını öyrədin”, - deyə o, bildirib.

Bundan əlavə, supermodel Fransanın “Yard” nəşrinin hicablı qadınlarla bağlı geniş yayılmış stereotiplərə qarşı çıxmaq məqsədi daşıyan son layihəsindən foto paylaşıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru