Bərdədə azyaşlı qız nişanlanıb? - AÇIQLAMA
19-02-2022, 12:46

Sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın məcburən nişanlanması ilə bağlı görüntülər yayılıb. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadədə də bununla bağlı çoxsaylı müraciətlər aldığını bildirib. AzVision.az xəbər verir ki, o, həmin görüntülərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülməməsi ilə bağlı narazılığını ifadə edib: “Dünəndən 221 nəfər bu videonu mənə göndərib. Mənə yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göndərin, onlar dərhal “nəzarətə” götürsünlər. Komitədən açıqlama olub? Bilmirsiniz? Bu qız deyilənə görə, Bərdə rayonu, Soğanverdi kəndindəndir...”
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu faktın araşdırıldığını deyib:
“Araşdırmalar nəticəsində görüntülərin Bərdənin Soğanverdi kəndində çəkilməsi faktı təsdiqini tapmayıb. Ehtimal olunur ki, hadisə Gürcüstan ərazisində olub. Digər rayonlardakı komissiyalar tərəfindən də araşdırma aparılır”.