"Övladı ev alıb, mülk qoymaqla xoşbəxt etmək olmur" - Zamiq

21-02-2022, 09:07           
"Övladı ev alıb, mülk qoymaqla xoşbəxt etmək olmur" - Zamiq
"Allahın yaratdığı canlıları sevin, onlara silah çəkməyin, ov adı ilə meşədəki heyvanları qırmayın. Günü-gündən fəlakətlər artır, dünya Allahın qəzəbinə tuş gəlib".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial şəbəkədə yazıb. Oğlu və iti ilə fotolarını paylaşan sənətçi insanlara səslənib:

"Ey insan oğlu, etmə-eləmə! Allahın yaratdığı canlıları öldürmə, onları sev ki , qoy övladlarımız gələcəkdə, ruhu təmiz, firəvan, rahat, xoşbəxt yaşasın. Övladının gələcəyini fikirləşmək - ona ev almaq, mülk buraxmaqla xoşbəxt etmək demək deyil. Onun gələcəyini xoşbəxt etmək üçün ona yaxşı təhsil ver, canlılara hörməti, sevgi, dürüstlüyü, səbr etməyi öyrət. Bax, budur onların gələcəyi. İnan, o zaman sənə təşəkkür, ruhuna rəhmət oxuyacaqlar. Allahın yaratdığı bütün canlıları sev, qoy dünyamız gözəlləşsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru