Avtosalondan 16,7 milyon avroya “Bugatti” alan oliqarx kimdir?

21-02-2022, 08:28           
Avtosalondan 16,7 milyon avroya “Bugatti” alan oliqarx kimdir?
Cenevrədə keçirilən və ən lüks avtomobillərin nümayiş olunduğu ənənəvi illik avtomobil şousunda naməlum rusiyalı 16,7 milyon avro dəyərində “Bugatti La Voiture Noire” avtomobilini alıb.

Bu barədə məlumat Rusiya mənbələrində yer alır. Həmin avtomobilin mühərriki 1500 at gücündədir və saatda 420 kilometr sürət yığa bilir. Avtomobilin alıcısının kimliyi gizli saxlanılır, lakin bildirilir ki, söhbət hansısa rusiyalı oliqarxdan, yaxud onun övladından gedə bilər. “Bugatti La Voiture Noire” dünyanın 10 ən bahalı avtomobilindən biridir.// virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru