Həbs olunan Məlikməmməd Qurbanov kimdir? - TƏFƏRRÜAT

21-02-2022, 17:25           
Həbs olunan Məlikməmməd Qurbanov kimdir? - TƏFƏRRÜAT
Bu gün həbs xəbəri yayılan Qurbanov Məlikməmməd Oruc oğlunun kimliyi bəlli olub.

Teref.az Bakudays.com-a istinadən bildirir ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisidir.

Həmin idarənin indiki rəisi isə Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini Rasim Kazımovun bacısı oğlu Kazımov Elnur Sadiq oğludur.

Elnur Kazımovun fəaliyyətinin araşdırılıb-araşdırılmadığı barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək bir müddət əvvəl Maliyyə Nazirliyindəki yeyintilərlə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət işi başlanılıb, həbs olunanlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru