İngiltərə COVID xəstələri üçün özünütəcrid tələbini ləğv edir

22-02-2022, 09:16           
İngiltərə COVID xəstələri üçün özünütəcrid tələbini ləğv edir
Böyük Britaniyanın Baş naziri Boris Conson İngiltərənin fevralın 24-dən etibarən COVID xəstələri üçün məcburi özünütəcrid tələbini aradan qaldıracağını açıqlayıb.

“Bu günün strategiyası İngiltərədəki həyatımızın necə olacağı ilə bağlıdır. Birincisi, ölkə daxilində qalan bütün məhdudiyyətləri qaldıracağıq. Bu cümə axşamı, fevralın 24-dən etibarən müsbət COVID testindən sonra özünütəcrid tələbini ləğv edəcəyik”, -deyə Conson parlamentdə çıxış edərkən bildirib.

Qeyd edək ki, yanvarın sonunda İngiltərə qapalı obyektlərə daxil olmaq üçün COVID-sertifikatlarından istifadə, məsafədən iş tələbini, eləcə də maska ​​rejimini ləğv edib.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru