“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”.

4-12-2022, 00:03           
“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”.
Teref.az “Report”a istinadən xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
O bildirib ki, rusların ciddi müdafiəsinə baxmayaraq, irəliyə doğru hərəkət edilir: “Demək olar ki, hər metr uğrunda döyüşlər gedir. Amma böyük irəliləyişlərin olduğunu demək olmaz”.
“Ruslar kifayət qədər ciddi hazırlaşa biliblər. Əraziyə daha çox tikinti materialları, texnika və yeni səfərbər olunanlar gətirilir. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri yavaş-yavaş irəliləyir”, – o vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.