Abramoviç Braziliyada futbol klubu almaq istəyir

11-02-2023, 12:18           
Abramoviç Braziliyada futbol klubu almaq istəyir
Rusiyalı sahibkar və “Çelsi” klubunun keçmiş sahibi Roman Abramoviç Braziliyada klub almaq istəyir.

Oliqarx tezliklə futbol biznesinə qayıtmaq istəyir. Abramoviç variantlardan biri kimi ikinci divizionda çıxış edən “Londrina”nın alınmasını nəzərdən keçirir.

O həmçinin “Atletico Mineiro” və ya “San Paulu” ilə də maraqlana bilər.

Xatırladaq ki, daha əvvəl mətbuatda Abramoviçin İstanbulda məskunlaşmağı və futbol klubu almağı planlaşdırdığı barədə məlumat yayılmışdı. Daha sonra iş adamının mətbuat xidməti bu məlumatı təkzib etdi.

Mənbə: Sport-express.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru