Pəncələri yaralı xilasedici it 5 nəfəri dağıntılar altından ÇIXARDI - FOTO

12-02-2023, 09:11           
Pəncələri yaralı xilasedici it 5 nəfəri dağıntılar altından ÇIXARDI - FOTO
Xilasedici it pəncələrinin yaralı olmasına baxmayaraq 5 nəfəri dağıntılar altından çıxarıb.

Hurriyyet.Az xəbər verir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra xilasetmə işlərinə itlər də cəlb olunub.

Zəlzələdən 6 gün keçməsinə baxmayaraq sağ qalanların axtarışı davam edir.

Axtarış-xilasetmə işlərinə cəlb olunmuş it xarabalıqlardakı fraqmentlərin üzərində pəncələrini kəsib.

İtə yardım edən xilasedicilər onun pəncələrini sarğı və adi lentlə bağlamalı olub. Bundan sonra dördayaqlı xilasedici insanların axtarışını davam etdirib və 5 nəfəri dağıntılar altından çıxarıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.