Zəlzələdən 164 saat sonra daha bir şəxs salamat qurtarıldı – VİDEO
13-02-2023, 08:48
Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altından daha bir şəxsin sağ xilas edilməsi sevincə səbəb olub.
Oxu.Az-ın Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, zəlzələdən 164 saat sonra Qaziantepin Nurdağı bölgəsində dağılmış yaşayış binasının xarabalıqları altından 62 yaşlı, Nazifə Yılmaz adlı qadın salamat çıxarılıb.