Meksika xilasedicilərinin qəhrəman iti... - Proteonun müəmmalı ölümü
14-02-2023, 00:12
Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlərinə qatılmaq üçün Meksikadan gələn qrupun xilasetmə iti Proteo Türkiyədə həyatını itirib. Bakupost.az "Haberler.com"a istinadən xəbər verir ki, Türkiyədə iki vətəndaşı dağıntılar altından xilas edən Proteo üçün vida mərasimi təşkil olunub. Proteo 2017-ci ildə Mexikoda baş verən zəlzələdən sonra ölkəsində “qəhrəman” elan edilib. Proteonun ölümü ilə bağlı Meksika Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Yol yoldaşımız Proteonun itkisinə çox kədərlənirik. Türkiyədə qardaşlarımızın axtarış-xilasetmə işlərində Meksika nümayəndə heyətinin üzvü olaraq vəzifəni yerinə yetirdin. Qəhrəmanlığına görə təşəkkür edirik”. Proteonun niyə öldüyü məlum deyil. Qeyd edək ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador Türkiyəyə 150 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.