İsveçrə polisi paytaxt Bernin mərkəzini mühasirəyə alıb

15-02-2023, 10:34           
İsveçrə polisi paytaxt Bernin mərkəzini mühasirəyə alıb
İsveçrə polisi ölkə paytaxtı Bern şəhərinin parlament və hökumət binalarının yerləşdiyi mərkəzi hissəsində bir kişinin şübhəli hərəkətləri ilə bağlı əməliyyat keçirib.

“Report” Bern polisinin tviterdəki səhifəsində istinadən xəbər verir ki, həmin şəxs artıq saxlanılıb.

“Federal Meydanda avtomobilin görünməsi ilə əlaqədar təhlükəsizlik məqsədi ilə meydan, eləcə də ətraf küçələr, o cümlədən də ictimai nəqliyyat üçün hazırda bağlıdır”, - paylaşımda deyilir.

Hətta paytaxt sakinlərindən dövlət müəssisələrinin yerləşdiyi şəhər mərkəzinə getməmələri xahiş olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru