İstefaya göndərilən rus generalı ölü tapılıb

15-02-2023, 09:48           
İstefaya göndərilən rus generalı ölü tapılıb
Rus generalı Vladimir Makarov Prezident Vladimir Putin tərəfindən istefaya göndərildikdən bir neçə həftə sonra, bazar ertəsi səhər saatlarında Moskva ətrafındakı Qolikovo kəndində ölü tapılıb.

Toplum TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, arvadı Valentina general-mayoru başındakı güllə yarası ilə tapıb. Təcili yardım çağırılsa da, generalı xilas etmək mümkün olmayıb.
Bəzi iddialara görə, 72 yaşlı general Putin tərəfindən vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “dərin depressiyaya” düşüb. Qohumlarının dediyinə görə, Makarov məcburi təqaüdə çıxanda “nə edəcəyini” bilməyib. Ona görə də intihar edib.

Makarovun Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəis müavini işlədiyi vaxtlarda müxalif fəalları və müstəqil jurnalistləri təqib etdiyi bildirilir.

Son aylarda bir neçə yüksək rütbəli rus hərbçisi və maqnatı müəmmalı şəraitdə ölüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru