"Yaxşı adamlar qəfil yoxa çıxdı. Bir də gözümüzü yumub açdıq ki, yoxdular.

21-03-2023, 10:16           
"Yaxşı adamlar qəfil yoxa çıxdı. Bir də gözümüzü yumub açdıq ki, yoxdular.
"Yaxşı adamlar qəfil yoxa çıxdı. Bir də gözümüzü yumub açdıq ki, yoxdular.
Qoyduğumuz yerdə tapa bilmədik onları. Ən yaxşılarının ürəyi partladı, çirkaba bulaşmadılar.
Qalanlarını yavaş-yavaş itirdik. Yavaş-yavaş gözümüzdən düşdülər.
Bir-bir satılmağa başladılar. "Mənim də balam var" dedilər, bağışladıq.
Qəlbimizin dərinliyində onlara haqq qazandırmağa çalışdıq.
Bizim üçün yaxşı adam idilər əvvəllər, amma "Mənim də balam var" mərhələsindən sonra onlar haqda danışanda "əslində, pis adam deyil" deməyə başladıq.
Əvvəlcə satılmalarına görə xəcalət çəkirdilər. Küçədə-bayırda görəndə utandıqlarından gözümüzün içinə baxa bilmirdilər.
Sonra çoxaldılar. Sonra adiləşdi. Sonra bizimlə daha ürəklə görüşməyə, əlimizi daha möhkəm sıxmağa başladılar.
Lap axırda necə ürəkləndilərsə, başladılar bizi ittiham eləməyə. Üstümüzə qışqırdılar. Təhqir elədilər. Hamılıqla söyməyə başladılar.
Onlar bizi bağışlamadı.
İçimizdəki ən nəcib hissləri pula dəyişmədiyimizə görə bağışlamadılar...
Biz onları bağışlamışdıq..."
İsmayıl Muradxan.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru