QOCALIĞA GÜLƏNLƏR
22-03-2023, 00:11
AYB sədri Anarla bağlı bu kəb - sitat yazılı şəkli 2 gündü lentdə görürəm. Tanınmış yazıçının bu günkü ictimai-siyasi mövqeyini, vəzifədə 25-30 qaldığını mən də bəyənmirəm - tənqidə və qınağa layiqdir. Amma bu şəklin müəllifi və gülüş işarəsi qoyanlar Anarın bu yaşda hər hansı planlarının olmasını gülüş hədəfinə çevirib. Bu nə dərəcədə doğrudur? Məsələnin mənəvi-etik tərəfi hələlik bir yana qalsın. Faktlardan başlayaq:
Mikelancelo ən önəmli əsərlərini 80 yaşında yaradıb.
Höthe şah əsəri "Faust"u 80 yaşında tamamlayıb.
Krala müxalifətdə olduğuna görə mühacir həyatı yaşayan Viktor Hüqo 83 yaşına qədər yazıb.
İsaak Nyüton 85 yaşında hlə də elmi fəaliyyətini davam edirdi.
Rus mənşəli amerikalı bəstəkar və dirijor İqor Stravinski 88 yaşına işləyib.
Antik dramaturq Sofokl 90 yaşa qədər yazıb-yaradıb.
Görkəmli alman tarixçisi Leopold Ranke çoxcildli “Dünya tarixi”ni 91 yaşında bitirib.
Nobel mekafatçısı Bernard Şou 94 yaşına qədər yazıb.
Bu görkəmli yaradıcıqocalar siyahısına məşhur kəlamıyla tarixə düşmüş romalı senator Mark Katonu, Lev Tolstoyu, fransız şairi Beranjeni, rəssam Tisianı, filisoflar Diogen, Sokrat, Demokritiı və başqalarını da əlavə edə bilərəm..
Bu qocaların yaradıcılığı və 80-90 yaşında yaradıcı planlarının olması gülməlidir? Düşünmürəm.
Kimsə deyə bilər ki, Anar Tolstoy ya Bernard Şou deyil. Bəli deyil. Tənqidə və hətta satiraya, karikaturaya layiqdir, amma qoca olduğuna görə yox, vəzifədən 30 il oturduğuna görə.
Adamın fəaliyyətini yox, məhz yaşını, qocalığı, 85 yaşında planları olmasının gülüş hədəfinə çevirmək hansı kafanın məhsuludur? Bunu edənlər, gülənlər qocalmayacaq yəni? 80-85 yox, 50-60 yaşında?
Kimsə şəbəkədə qadınları gülüş hədəfinə çevirsə, - özəlliklə məhz qadın olduğu üçün, - feministlər qadınlı-kişili düşər üstünə. Kimsə LGBT-lərə lağ etsə, aşağılasa LGBT hüquq müdafiəçiləri onu qınayar, söyər LGBT-lərlə bağlı zarafatına görə tanınmış ictimai-siyasi xadimin Milli Şuradan istefası hamının yadındadır. Bəs qocalığa gülmək, lağ eləmək niyə belə caiz və asan olub?
Axı qocalığa, qocalara pis münasibət gerontofobia adlanır, - geront - qoca deməkdir, - və seksizm ya homofobia kimi mənfi bir haldır, pislənir. Bu hətta BMT sənədlərində təsdiqlənib. Amma Facebookda çox ayıb bir gerontofobia xəstəliyi yayılıb, arta-arta da gedir. Niyə, Alış?
Bir sıra qadın və LGBT hüquqlarını müdafiəçiləri gerontofob olmaqlarından utanmır. Halbuki utanmalıdırlar.
Bir çox elə də cavan olmayan adam yaşlıların sanki ömreünün son iyirmi ilini uzanıb ölümü gözləməklə keçirməli olduğunu düşünür. Özünə sual verən yoxdur ki, niyə?
Qocalar məhz qoca olduğuna görə özlərini qadınlarvə LGBT-lər kimi müdafiə edə bilmir.
Daha milli Azərbaycan dəyərlərini demirəm...
Etməyin, eləməyin, dostlar.
Bütün qocaların adından, qoca Çingiz Sultansoy
Teref.az