Ermənilər atasını qətlə yetirdi, “Məşədi İbad”la məşhurlaşdı, gülərək can verdi - VİDEO

17-12-2023, 09:14           
Ermənilər atasını qətlə yetirdi, “Məşədi İbad”la məşhurlaşdı, gülərək can verdi - VİDEO
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı atası ermənilər tərəfindən öldürülən, “Məşədi İbad”ı məşhurlaşdıran, güldüyü yerdə ürəyi dayanan aktyor, Xalq artisti Əliağa Ağayevə həsr olunub.

Əliağa Ağayev hələ iki yaşı olanda anasını itirir, beş yaşında (1918-ci il) ermənilər Tiflisdə yaşayan azərbaycanlılara qarşı soyqırımı törədəndə qaçıb Azərbaycana gəlirlər. Onlar eyni hadisələrin Bakıda da cərəyan etdiyini bilmirdilər. Elə həmin il atasını ermənilər qətlə yetirir.

7-ci sinfi bitirən Əliağa gəmi təmiri zavodunda işə düzəlir, eyni vaxtda zavodun dram dərnəyinə də yazılır. Oynadığı obrazlar zavod kollektivinin, daha sonra Bakı camaatının diqqətini çəkir, onlarda maraq oyadır. “O olmasın, bu olsun” filmindən sonra onu hamı tanıyırdı, amma adi ilə deyil, oynadığı obrazla - “Məşədi İbad” kimi. Bu obrazı oynayanda Əliağa Ağayevin qara, gur saçları var idi. Film təbii alınsın deyə saçlarını dibindən qırxdırıb, saqqalının üstündə isə günlərlə özü işləyib. Nəhayət, təbii göründüyünü hiss etdikdən sonra çəkilişə razılıq verib. Deyib-gülməyi, yeyib içməyi çox xoşlayırmış. 70 yaşı ərəfəsində, 13 noyabr 1983-cü ildə dostları ilə kafedə oturub deyib-gülürmüşlər. Danışdığı lətifəyə ətrafdakılarla birlikdə gülərkən ürək damarı partlayıb və həyatını itirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.