KOQNİTİV MÜRƏKKƏBLİK

31-03-2024, 10:04           
KOQNİTİV MÜRƏKKƏBLİK
Psixologiyada “koqnitiv mürəkkəblik” adlı bir anlayış var.
Koqnitiv mürəkkəblik psixoloji xarakteristika və ya psixoloji dəyişəndir.
O, insanın qavrayış qabiliyyətinin nə qədər çətin və ya sadə olduğunu göstərir.
Koqnitiv mürəkkəblik göstəricisi yüksək olan adam daha aşağı göstəricisi olanın görmədiyi nüansları və fərqləri dərk etməyə meyllidir.
Mürəkkəb gerçəklik, insanlar arasındaki münasibətlər, cəmiyyətdəki proseslər, ən əsası da insanın özü ilə olan qardşıdurması nə qədər az sxemlə təsvir edilirsə o sxem bir o qədər sadədir.
“Hər şey aydındır və başa düşüləndir” ədası ilə gəzən adamlara heyrət edirəm...
Maksimum ümid edə biləcəyimiz şey baş verənlər uçurumuna baxaraq bu reallığı anlamağa çalışmaqdır.
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru