RESPUBLİKA KLİNİK XƏSTƏXANASINDA BÖYÜK RƏZALƏT FOTOLAR
6-04-2015, 15:25
Bakının ən böyük səhiyyə ocağında xəstələrin və xəstə yaxınlarının hərəkətində ciddi problemlər yaşanmaqdadır. GUNDEMİNFO.AZ-a müraciət edən çoxsaylı müraciətlərdən sonra adıçəkilən xəstəxanada olan əməkdaşlarımız doğurdan da aylardır sürən təmir-tikinti işlərinin nə qədər acınacaqlı halda təxirə düşdüyünün şahidi olublar. Respublika Klinik Xəstəxanasının əsas I-II-II korpuslarında və poliklinikanın həyətində keçilməz bir vəziyyət yaşanır. Müraciət edən vətəndaşlar bildirir ki, xəstəxananın bu hissəsinə nəinki xəstə gətirmiş şəxsi avtomobillər, hətta təcili yardım maşınları da buraxılmır. Bu səhiyyə ocağında müşahidə aparan əməkdaşlarımız hətta təmir aparılan ərazilərin ətrafında polis postlarının qurulduğunun da şahidi olublar.
Məlum olub ki, əslində bu ərazidə təmir işlərinin aparılması üçün Səhiyyə Nazirliyinin hesabından 2014-cü il üçün nəzərdə tutulmuş vəsaitlər ayrılıb.
Lakin bəlli olub ki, Hesablama Palatası Respublika Klinik Xəstəxanasında 2014-cü ilin büdcə vəsaitləri ilə bağlı audit yoxlaması həyata keçirib. Audit yoxlamalarından sonra isə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı olaraq nöqsanların aşkar edildiyi barədə söz-söhbətlər dolaşmaqdadır. Deyilənlərə görə, ötən ildən bəri Hesablama Palatasının müvafiq bildirişindən sonra podratçı şirkət, yəni iş icraçıları ilə xəstəxana rəhbərliyi arasında yaranan narazılıq hələ də həllini tapmayıb.
Bu barədə adıçəkilən səhiyyə müəssisəsinin aşağı yetkili şəxsləri qeyri-rəsmi bilgilər versələr də, rəsmi olaraq əməkdaşlarımız heç bir bilgi əldə edə bilməyiblər.
Fakt isə ondan ibarətdir ki, Respublika Mərkəzi Xəstəxanasında xəstələrin və xəstə yaxınlarının toz-duman içində, qazılmış, dağılmış şəraitdə hərəkət etdikləri illərdir ki, sürməkdədir.
Qeyd edək ki, dağıdılmış halda olan ərazinin (toz-duman, tikinti texnikalarının səsi red) «Doğum şöbəsi»dir. Yəni əsas dağıdılmış halda olan ərazi bu şöbənin pəncərələri qarşısındadır. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.