Xanlar Fətiyevin biznes imperiyasının Moskva qoluda tapıldı FOTO

2-08-2019, 07:26           
Xanlar Fətiyevin biznes imperiyasının Moskva qoluda tapıldı FOTO
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə deputat Xanlar Fətiyevin biznes imperiyasının daha bir hissəsinin sənədlərini paylaşıb.
Cavanşir Həsənli yazlr:
BU DA FƏTİYEVİN "KOMPAS"ı,SADALAMAQLA BİTMİR
Oliqarx deputat Xanlar Fətiyevin ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskvadadır. Rusiya paytaxtında fəaliyyət göstərən "Kompas Ticarət Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ТОРГОВЫЙ ДОМ КОМПАС") 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekt 41/57 göstərilir.
Nizamnamə kapitalı 10000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Qulamov Adil oğluna, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.

2017-ci il maliyyə sənədlərinə görə, yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir.
Dəqiqləşdirməmiş məlumata görə Moskvada sahəsi 7208 kv metrlik "Kompas" Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Ticarət mərkəzi hazırda Rusiyanın iri vasitəçi daşınmaz əmlak şirkətləri tərəfindən satışa çıxarılıb.

Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.