Ölkə otellərində adi hal almış özbaşnalıqlar.

6-08-2019, 09:01           
Ölkə otellərində adi hal almış özbaşnalıqlar.
Son illərdə Azərbaycan hakimiyyətinin turizimin inkişafına çox böyük önəm verdiyi məlumdur.Qəbələ də turizm bölgəsi kimi məhşurlaşdırılmış bir bölgədir.Son illər burada bir çox beynəlxalq musiqi festivalları, müxtəlif beynəlxalq və regional tədbirlər həyata keçirilməkdədir.Belə olduğu halda məlumdur ki, birinci otel məsələsi gündəmə gəlir. Hazırda Qəbələdə yerli sakinlərin iş üçün ən çox can atdığı yerlər də elə otellərdir. Çünki bölgədə işsizlik olduqca yüksək haldadır, başqa iş sahələri isə demək olar ki, yoxdur. Alternativ iş yerlərinin olmaması, insanların qanunları bilməməsi və ən əsası qanunlara kimsənin əhəmiyyət verməməsi insanları iş şəraitinə, onlara qarşı ağa münasibətinə baş əyməyə məcbur edir. Mövcud Əmək məcəlləsində olan boşluqlardan otel rəhbərləri bacarıqla yararlanaraq, otellərdə öz kiçik “krallıqlarını”elan ediblər. Hətta bəziləri hərəmxana yaratmaq səviyyəsinə qədər irəliləyiblər. Biz, demək olar ki, respublikanın əksər otellərində baş alıb getməkdə olan özbaşnalıqları Qəbələ Qafqaz Sport otel timsalında işıqlandırmağa çalışacayıq. Otel rəhbəri, əməliyyatlar üzrə menecer Elsevər Məmmədov Azərbaycan Əmək məcəlləsinin bir çox maddələrini yan keçməkl,ə işçiləri məcburi şəkildə müddətli əmək müqavilələrini imzalamağa məcbur edir. Müddətli əmək müqavilələri isə ona işçini daimi basqı altında saxlamaq imkanı verir. Halbuki ƏM-nin 45-ci maddəsinin müvafiq bəndlərində göstərilir ki, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılmalıdır.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müəyyən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Və ən əsası, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Lakin E. Məmmədov, məsələn,10 ildən artıq müddətdə fasiləsiz çalışmış, aşpaz köməkçisi vəzifəsindən baş aşpaza qədər yüksəlmiş çox bacarıqlı aşpaz Hikimət Xəlilovu 6 il müddətsiz müqavilə ilə şalışdıqdan sonra hər il müddətli müqavilə imzalamağa məcbur etmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsində isə göstərilir ki, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli müqavilə ilə işə keçdikdən sonra E. Məmmədov bəzi işçilərə vaxtından artıq çalışdığı iş saatları üçün izin verməkdən imtina etmişdir. Bunlardan biri də elə baş aşpaz Hikimət Xəlilov olmuşdur.İş vaxtından əlavə 48 saata çalşdığına görə ƏM-nin 9-cu maddəsinə müvafiq olaraq, haqlı şəkildə izin tələb edən Xəlilovun tələbini rədd etmişdir. Onun israr etməsi üzərinə isə növbəti müddətə onunla əmək müqaviləsi bağlamaqdan da imtina edilmişdir. Beləliklə, E.Məmmədov ƏM-sinin uyğun maddəsini kobud şəkildə pozmuşdur. Onu da qeyd etmək lazımdır ki, H. Xəlilov Qarabağ müharibəsi veteranıdır, beş il hərbi qulluq etmiş biridir. Müharibə veteranları barədə Azərbaycan Respublikası prezidentinin xüsusi göstərişləri də E. Məmmədovu durdura bilməmişdir. Hətta prezidentin göstərişini ona xatırladan Xəlilova “Burada başqa qanunlar keçərlidir”,- demişdir. Başqa bir işçi, masajçı qadın Məhluqə xanımı (ad şərtidir) iş vaxtı şəxsi evinə, özünü masaj etdirmək üçün dəvət edən E. Məmmədov, evində heç kimin olmamasını da fürsət bilərək, qadına uyğunsuz təkliflər etmiş, rədd cavabı aldıqda çox qəzəblənmiş, bunu belə qoymayacağı ilə onu hədələmişdir. Bunun ardınca dediyini edən E.Məmmədov, Məhliqəni sürəkli müxtəlif bəhanələrlə, məsələn işdən sonra başqa yerdə çalışdığı üçün şantaj etməyə başlamışdır. Halbuki, ƏM-nin 9-cu maddəsinin müvafiq bəndlərinə görə işçiyə iş vaxtından sonra başqa yerlərdə də çalışma haqqı verilmişdir.Ən nəhayətində bütün norma və qaydalara zidd olaraq, masajçı Məhluqə xanımdan açıq sahədə, hovuz ətrafında oturmuş qonaqları, hər kəsin gözləri önündə masaj etməsini tələb etmişdir. Bu şəkildə davam edə bilməyən Məhluqə xanım işdən çıxmağa məcbur qalmışdır. Bu cür qanunsuz şəkildə işdən çıxarılanların sayı onlarladır. Onlardan biri də “belboy” kimi yeddi il çalışmış Hüseyncanov Arzudur. O da heç bir səbəb göstərilmədən işdən çıxarılmışdır. Apardığımız araşdırmalardan aydın oldu ki, vətəndaşların işdən çıxarılmasının 90 faizlik hissəsi kəskin qanun pozulmaları ilə baş vermişdir. Bütün bu proseslər digər işçilərdə işini haqsız yerə itirə biləcəyi qorxusu yaratmışdır.Bu üzdən də oteldə E.Məmmədova qarşı bir qorxu mühüti formalaşmışdır. İşçilər ona müti şəkildə qulaq asmaq zorunda qalmışlar. Bu cür idarə etmə bir başa Azərbaycan Respublikası Konstitutsiyasında təsbit edilmiş bütün insan haqq və hüquqlarının heçə sayılmasından başqa bir şey deyildir. E.Məmmədovla görüşmək və bir sıra suallarımıza cavab almaq istəsək də o, öz, qanunları yan keçmək ənənəsinə sadiq qalaraq,bizimlə görüşməkdən, sorğularımıza cavab verməkdən imtina etdi. Azərbaycan Respublikasının KİV haqqında qanunlarına görə vəzifəli şəxslər jurnalist sorğusuna cavab vermə məsuliyyəti daşıyırlar.
Qəbələ Qafqaz otellər şəbəkəsinin əksər otellərində aşağı-yuxarı eyni mühit formalaşdırılıb. Ən acınacaqlı hal isə odur ki, qanuni hüquqları tapdalanmış, haqsızlığa məruz qalmış onlarla, hətta yüzlərlə vətəndaş müraciət edəcəyi instansiya tapa bilmir. Ən yuxarı səviyyələrdəki rəhbər işçilərə ünvanlanan şikayətlərə əhəmiyyət verən yoxdur.Gözdən pərdə asmaq üçün aparılan tək-tək yoxlamalar isə bir qayda olaraq otel rəhbərlərini haqlı çıxarır. Vətəndaşların qanunların aliliyinə heç bir inamı qalmamışdır.Bu cür idarə etmə , bu cür qanunbilməz rəhbərlik sayəsində dövlətin təməl əsasları hər gün daha dərindən sarsılmaqdadır. Otellər şəbəkəsinin ən üst rəhbərlərini isə yalnız ciblərinə girən pulun miqdarı maraqlandırır.

Şahin Cavadov
Qəbələ şəhəri 2019-cu il.
xeberfakt.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.