Bu divar kimin başına düşəcək? – Fotolar

8-08-2019, 08:22           
Bu divar kimin başına düşəcək? – Fotolar
Bakının Nəsimi rayonunda, Azadlıq prospekti 46-48-də aparılan söküntü işləri sakinlərin narazılığına səbəb olub.
Buna səbəb dördmərtəbəli binanın söküntüsü zamanı təhlükəsizlik tədbirlərinin görülməməsidir.

Sakinlərin sözlərinə görə, sökülən binanın ətrafında təhlükəsizlik üçün sədd çəkilməyib. Onlar qeyd edib ki, binanın divarının uçacağı təqdirdə bədbəxt hadisələr qaçılmazdır.

Əhali küləkli havada həmin binanın yaxınlığından keçməyin daha da təhlükəli olduğunu, daş parçalarının yola düşdüyünü bildiriblər.

Həqiqətən də, fotolardan göründüyü kimi, binada söküntü işlərinin aparılmasına baxmayaraq, kənarlarda təhlükəsizlik üçün yalnız lent çəkilib. Bəzi vətəndaşlar da lentin kənarında avtomobil yoluna çıxaraq, hərəkətlərini davam etdirirlər.

Yerli sakinlər əlavə ediblər ki, bəzi insanlar hətta həmin lentləri adlayıb, söküntünün getdiyi binanın yaxınlığından keçirlər. Yaxınlıqdan avtomobil yolunun keçməsi isə təhlükəni ikiqat artırır.

Oxu.az

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru