“Azərişığ”ın 1,6 milyon manatlıq tenderinin qalibi nizamnamə kapitalı 10 manat olan 6 aylıq şirkət olub

9-08-2019, 00:18           
“Azərişığ”ın 1,6 milyon manatlıq tenderinin qalibi nizamnamə kapitalı 10 manat olan 6 aylıq şirkət olub
“Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün bu il iyunun 27-də elan etdiyi açıq tenderin nəticəsi məlum olub.

“Report” xəbər verir ki, tenderin qalibi “Tikinti Təmir RR” MMC elan edilib.

Qalib şirkətə əlavə dəyər vergisi daxil olmaqla 1 549 307 manat pul ödəniləcək. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb.

Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, nizamnamə kapitalı 10 manat olan “Tikinti Təmir RR” bu il yanvarın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Samir Ələmdar oğlu Qasımovdur.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru