Keçmiş icra başçısı haqda cinayət işi açıldı

10-08-2019, 03:37           
Keçmiş icra başçısı haqda cinayət işi açıldı
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarov barəsində cinayət işi başlanılıb.
Teref.az xəbər verir ki, E-huquq.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsininə göndərilib.

Cinayət işi hakim Marif Kazımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Qeyd edək ki, R.Yediyarov 2012-2018-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru