Bərbad səhiyyəmiz: 5 saylı doğum evində həkim səhlənkarlığı.. VİDEO

12-08-2019, 00:20           
Bərbad səhiyyəmiz: 5 saylı doğum evində həkim səhlənkarlığı.. VİDEO
Teref.az olaraq səhiyyəmizdə olan ağır problemlərdən çox yazmışıq. Sosial şəbəkədə Bayıl qəsəbəsində yerləşən 5 saylı doğum evində həkim səhlənkarlığından şikayət edən Tural Əskərovun yazdıqlarını təqdim edirik:
Bayıl qəsəbəsindəki 5 saylı Doğum Evinin baş həkimi Xədicə Əhmədova görün evladını şikəst etdiyi valideyinə nələr deyir ?!
İyulun 21-də ikinci dəfə ata olan Tural Əsgərov həkim səhlənkarlığından şikayətlənir. Bayılda yerləşən 5 nömrəli Doğum evində uşağı dünyaya gəldikdən iki gün sonra həkimlər onda heç bir problemin olmadığını deyiblər. Daha sonra isə körpəni ümumi yoxlanış üçün OMD kimi tanınan Kübra Fərəcova adına Elmi Tədqiqat İnstitutuna göndəriblər. Xəstəxanada müayinə zamanı məlum olub ki, uşağa hepatit uçün vurulan peyvənd iynəsindən sonra həmin yer çirk edib. Burada da iki günlük müalicədən sonra körpənin vəziyyətinin yaxşı olduğunu deyən həkimlər onu evə buraxıblar. Evə getdikdən sonra temperaturu yüksələn uşağın bir qolu iflic olub. Sonra yenidən OMD-yə aparılır və hal-hazırda uşaq OMD-də vəziyyəti ağır olaraq qalır.
Teref.az olaraq qarşı tərfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.