Zaqatala xəstəxanasında nələr baş verir və ya Vəzifəyə gəlmək üçün başlamış intriqalar

22-02-2016, 12:42           
Zaqatala xəstəxanasında nələr baş verir və ya Vəzifəyə gəlmək üçün başlamış intriqalar
teref.aznun poçtuna Zaqatala Rayon Mərkəzi Xəstəxanasından növbəti şikayət gəlib. Şikayətçi yazır:
"Mənim də anam 1955-cı ildə anadan olmuş Həsənova Dilarə Mehdi qızını Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın yaratdığı korrupsioner və savadsız həkim şəbəkəsi öldürdülər.2015-ci ilin fevral ayında anamı müayinə edən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkimləri ona vərəm diaqnozu qoydular.Buna görə Zaqatala Rayonu Muxax kəndinə yerləşən vərəm xəstəxanasında 5 ay anamı müalicə etdilər.Bütün dərmanları özümüz alırdıq, hər gün yeməyi xəstə anama evdən bişirib aparırdıq.Hətda özüm və ailə üzvülərimidə vərəm əlehinə müalicə etdirdik ki, bu yolxucu xəstəlik bizə keçməsin.5 ay müalicəyə 10.000 manat xərcimiz çıxdı, ancaq anam sağalmadı deyə 31 iyul 2015-ci il tarixdə Bakı şəhərinə yerləşən Ağ Ciyər Xəstəlikləri İnistutuna apardıq.Orada müayinə zamanı məlum oldu ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasıda düzgün diaqnoz qoyulmayıb, anamda vərəm xəstəliyi olmayıb, yalandır."
Daha sonra şikayətçi yazır:
"Vərəm əlehinə ağır dozalı dərmanların çox qəbul etməsindən anamın böyrəkləri işləmədi və 10 yanvar 2016-cı il tarixdə dünyasını dəyişdi.Anam son nəfəsində də mənə dedi ki, oğul məni Zaqatala Rayon Mərkəzi Xəstəxanasının savadsız həkimləri bu günə saldılar, onlar barədə şikayət et mübarizə apar onlar cəzalarını alıb həkimlikdən və azadlıqdan məhrum edilsinlər çünki onlar bundan sonra çox insanları bədbəxt edəcəklər."
Sonda şikayətçi prezidentə müraciət edir:
"Cənab Prezident Səhiyyə Nazirliyinin himayə etdiyi mənim anamın və digər insanların ölümünə, şikəst olmasına bais olmuş Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyevanın barəsində təcili ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.Zaqatala rayon sakinləri Sizdən bu adddımı atacağınızı səbirsizliklə gözləyirlər."
Mirzəyev Sərdar Oktay oğlu
teref.az olaraq onuda qeyd etmək istəyirik ki, bəzi təhqir edici məqamlar olduğu üçün məktubu ixtisarla dərc etmişik.
Biz teref.az olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş Həkimi Leyla xanıma müraciət etdik.
-Baş həkimə şikayətçinin adını deyən kimi o şikayətçini xatırladığını dedi. Baş həkim xəstənin onlara müraciət edərkən həkim tərəfindən ilkin vərəm diaqnozu qoyulduğunu təsdiq etdi. Sonra xəstənin müalicə həkiminin göndərişi ilə Ağ Ciyər Xəstəlikləri İnistutuna göndərilib. Şikayətçi dediyi kimi öz tərəfindən yox müalicə həkimi tərəfindən Ağ Ciyər Xəstəlikləri İnistutuna göndərilib və daim nəzarətimizdə olub. Ağ Ciyər Xəstəlikləri İnistutunda xəstənin SARKOİDOZ diaqnozu təsdiqlənmişdir.Xəstəyə Ağ Ciyər Xəstəlikləri İnistutunda qoyulmuş bu diaqnoz həkimimizin diaqnozunu təsdiqləyir. Çünki vərəm xəstəliyi sonra sarkoidoz xəstəliyinə keçə bilər. Sarkaidoz xəstəliyinin isə bu günə qədər mənşəyi tapılmayıb. Bu xəstə isə 5 ay əvvəl mənə müraciət etmişdi. Hətta vəkil belə tutmuşdu. Vəkili biz xəstənin bütün sənədləri ilə tanış etdik. Vəkil məsələnin heç də xəstəxanalıq olmadığına əmin oldu və daha bizi narahat etmədi. Bu rəhmətliyin ölümündə bizim xəstəxananı və həkimlərimizi günahlandırmaq ən azından insafsızlıq olur. Şikayətçi o zaman xəstənin sağalması üçün pul xərclədiyini və bu pulun həkimin ona ödəməli olduğunu deyirdi.

-Leyla xanım axır vaxtı belə şikayətlərin intensivləşməyi sizi təəcübləndirmədi? Bizi bir media kimi təəcübləndirdi.
- Düzdür deməli sizdə fikir vermisiniz. Bizədə elə gəlir ki, şikayətlər bir mərkəzdən yönləndirilir və məqsədyönlüdür. Kim harda nə eşitdi, çayxanada, restoranda o dəqiqə bəzəyib göndərirlər mediyaya. Özüdə Allah belə unudaraq.Elə bu şikayəti götürün, vəkilə müraciət etdi. Vəkili gəlib araşdırma apardı. Bu qədər vaxtı yatdı və bu gün birdən şikayət etdi?
Deməli yerimə göz dikən var. Fikirləşdiyim, daha doğrusu şübhələndiyim adamlar var. Amma mən öz işimlə məşğulam intriqalara vaxtım yoxdur.
Leyla xanım təşəkkür edirik və işinizdə uğurlar!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.