Ramiz Mehdiyevin adamı Mərkəzi Nəbatat Bağının ərazisinini “avtobaza”ya çevirib — ŞOK FAKTLAR

9-02-2022, 19:05           
Ramiz Mehdiyevin adamı Mərkəzi Nəbatat Bağının ərazisinini “avtobaza”ya çevirib — ŞOK FAKTLAR
Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan bir qrup rəhbər şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya hallarına yol verilməsi, eləcə də alim heyətinin elmi ictimaiyyətdə nüfuzdan salınması barədə məlumatlar geniş vüsət almaqdadır. Belə ki, AMEA-nın fəaliyyətini yaxşılaşdırmaq məqsədilə bağın yaxınlığında yerləşən “Avtobaza” və “Təmir Tikinti” əraziləri bu gün qeyri-qanuni olaraq, saxta sövdələşmələrlə özəl şirkətlərə icarəyə verilməkdədir.

Əldə etdiyimiz məlumata əsasən, sözügedən “Avtobaza”nın “kassası” Mərkəzi Nəbatat Bağının direktoru Natiq Allahverdiyev tərəfindən ələ keçirilərək, qanunsuz olaraq biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyevə “arendaya” verilib. Əvvəllər orada çalışmış kassirlər işdən qovulub, onların yerinə Natiq Allahverdiyev öz yaxınını yerləşdirib.

“Avtobaza”nın kassasında yığılmış pul vəsaitinin bir qismi dövlət büdcəsinə köçürülür, digər qismi isə (21.500 AZN) AMEA-nın İşlər İdarəsinin rəisi, Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyev tərəfindən mənimsənilir.

Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar biologiya və biotexnologiyalar institutunun direktoru akademik İradə Hüseynova ona göstərilən etimaddan sui-istifadə edərək vətənpərvər kadrları AMEA Rəyasət Heyətinin Aparat rəhbəri Seyfəl Həsənov və Natiq Allahverdiyevin əli ilə şərlənib, işdən çıxmağa məcbur etdirir, bununla da sonuncular biologiya və tibb elmləri bölməsi institutlarında öz istəklərini həyata keçirirlər.
Bu gün akademik İradə Hüseynova Natiq Allahverdiyevin əli ilə “yenidənqurma” adı altında Mərkəzi Nəbatat Bağının kolleksiya sahələrini məhv etdirərək, nəbatat bağlarına xas ənənələri dağıdaraq öz bildiyini etməkdədir. İradə Hüseynova “xofu” hər kəsi səsin çıxarmamağa, çıxararsa işdən qovulacaqları qorxusu altında danışmamağa məcbur edir.

Bu gün “iş adı altında” Lənkəranın bazarlarından ucuz qiymətə alınan ağaclar baha qiymətə rəsmiləşdirilərək Bağın giriş hissəsində olan kolleksiya fondu bitkilərini məhv etdirərək həmin ərazilərə əkilməkdədir.

N.Allahverdiyev və himayədarlarının birgə apardıqları işlər bağın kolleksiyasında olan bitki müxtəlifliyinin məhvinə, Bağda formalaşmış kadrların oradan uzaqlaşdırılmasına və nəticədə uzun illər boyu bağa qoyulmuş sərmayənin məhvinə səbəb olmaqdadır.

Qeyd olunanlar Azərbaycan elmini gözdən salmağa, elmi ictimaiyyəti çaşdırmağa xidmət edir. Bu təzyiqlərə tab gətirməyən, uzun illər böyük zəhmət və vəsait hesabına yetişdirilmiş gənc istedadlı və təcrübəli kadrlar, Bağçılıq və landşaft quruculuğu, eləcə də Bioloji kolleksiyalar sahələrində çalışan mütəxəssislər öz xahişləri ilə işdən azad olunublar. Bütün bunların səbəbkarı AMEA-da səriştəsiz idarəetmə üsulu tətbiq edən Ramiz Mehdiyev və onun Akademiyadakı əlaltılarıdır.
Demokrat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.