«Clear» fahişəxanasın qoruyan şəxsin kimliyi bəlli oldu – ŞOK FAKTLAR
25-04-2016, 13:34
Ləğv edilmiş Xüsusi İdarənin keçmiş rəisi Elman Qəmbərov Fikrət və Fəxrəddin qardaşlarını həbsdən necə çıxarıb?
Keçən il əxlaqsızlıq yuvasının aşkarlandığı «İron» HOTELİ məhz bu generala məxsus imiş Etiraf etmək lazımdır ki, son illər ölkəmizdə insan alverinə, o cümlədən qadın ticarətinə qarşı güclü mübarizə tədbirləri həyata keçirilməkdədir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri reydlər nəticəsində əxlaqsızlıq yuvası saxlayan, qadınları fahişəliyə cəlb edən şəxs və ya şəxslər aşkar edilərək məsuliyyətə cəlb olunurlar.
Görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, əxlaqsızlıq yuvalarının sayı artmaqda davam edir. Paytaxtın Binəqədi rayonunun ərazisində yerləşən «Clear» hotelində baş verənləri bilməyən yoxdur. Binəqədi rayonunda, eləcə də Bakının digər rayonlarında yaşayan insanların əksəriyyəti bu hotelin hansı işlərə xidmət etdiyindən xəbərdardır. Bura HOTEL adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasıdır. Bunun əksini sübut etmək istəyən varsa buyursun. Hər halda, günün istənilən saatında gənc xanımlarla bura gələn müştərilər çox mətləblərdən xəbər verir. Gundelik-baku.com saytının əməkdaşlarının əldə etdiyi məlumatlara görə, Fikrət və Fəxrəddin adlı qardaşların nəzarətində olan bu obyektdə olduqca qaranlıq işlər cərəyan edir: «Bu qardaşlar əslən Yardımlı rayonundandır. Onlar hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək, İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşüblər. MTN-nin o zamankı rəhbəri Namiq Abbasovun göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilib və onlar həbs olunublar. Buna baxmayaraq, Fikrət və Fəxrəddin qardaşları müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olublar».
«Clear»ı qoruyan şəxsin kimliyi bəlli oldu – ŞOK FAKTLAR
Qeyd edək ki, qardaşların həmin vaxt kimin köməkliyi sayəsində azadlığa çıxması məsələsi bu günə kimi sirr olaraq qalırdı. Gundelik-baku.com-a danışan mənbələr bildirir ki, Fikrət və Fəxrəddin adlı qardaşları böyük təhlükədən bir neçə il əvvəl ləğv edilmiş Xüsusi İdarənin rəisi, general Elman Qəmbərov xilas edib: «O vaxtlar Elman Qəmbərovun qılıncının həm arxası, həm də qabağı kəsirdi. Sabiq idarə rəhbəri Fikrət və Fəxrəddinlə yaxın olduğu üçün onlara yardım əlini uzadıb. Bu gün «Clear» hotelinin «toxunulmaz» statusu almasında Elman Qəmbərovun rolu böyükdür. Keçmiş rəis indi də Fikrət və Fəxrəddin qardaşlarını müdafiə edir, onları mövcud təhlükələrdən qoruyur». Araşdırmalar nəticəsində o da məlum oldu ki, Elman Qəmbərov bu yaxınlara qədər Silahlı Qüvvələrdə vəzifə tutub. Məlumata görə, o müdafiə naziri Zakir Həsənovun əmri ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb:
«Elman Qəmbərov 1990-cı illərin sonları-2000-ci illərin əvvəllərində Azərbaycanın ən nüfuzlu dövlət məmurlarından biri olub. O, ölkənin Baş Hərbi Əks-Kəşfiyyat İdarəsinə rəhbərlik edirdi. Əlində hüdudsuz siyasi səlahiyyətlər və repressiv rıçaqlar var idi. Amma E.Qəmbərov Azərbaycan xüsusi xidmət orqanlarının o zamankı şefi, sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovla strukturlararası müharibəyə girməklə hakimiyyətdaxili müharibədə faktiki olaraq tam məğlub oldu. Nəticədə E.Qəmbərov nəinki təkcə öz vəzifəsindən, hətta başçılıq etdiyi idarədən də məhrum oldu. Həmin idarə ləğv edilərək MTN-in tərkibinə birləşdirildi. Elman Qəmbərov Səfər Əbiyev qruplaşmasına yaxın şəxs idi.
«Clear»ı qoruyan şəxsin kimliyi bəlli oldu – ŞOK FAKTLAR
Başqa bir məlumatda isə bildirilir ki, Bakının Binəqədi rayonu, F.Rüstəmov küç. 20 A ünvanında yerləşən «İron» HOTELİ məhz Elman Qəmbərova məxsusdur. Xatırladaq ki, ötən ilin fevral ayında bu hoteldə fahişəxana aşkar edilmişdi. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində oteldə əxlaqsızlıqla məşgul olan 10 dan çox qadın saxlanılıb. Növbəti yazımızda Elman Qəmbərovla Fikrət və Fəxrəddin qardaşlarının ortaq biznes layihələri, 550 nömrəli bahalı maşınların kolleksiyası, «İST petrol»dan əldə olunan milyonlar və digər maraqlı məsələlər barədə böyük yazı dərc edəcəyik. Qarşı tərəfləri də dinləməyə hazırıq. Gundelik-baku.com
Adları çəkilən hər bir şəxsin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az