Səlim Müslümovun nəzərinə, kadrı Apşeronda saxtakarlıqla məşğuldur- İTTİHAM
26-04-2016, 10:18
Redaksiyamıza şikayət edən narazı vətəndaş anonimliyinin qorunması şərtilə ilginc ittihamlar səsləndirib. DİA.AZ olaraq həmin iddiaları təqdim edirik:
"Abşeron rayon Sosial Müdafiə Mərkəzinin müdiri Qasımov Coşğun Əliisa oğlu özü əslən Sumqayıtdandır və orda yaşayır. Qardaşı Qasımov İsa Sumqayıt ƏSMM da işlədiyi üçün orada Ünvanlı Sosial Yardım almaq hüququ olmayan lakin "üzü yola" olan yəni deyilən tələbi yerinə yetirən vətəndaşların sənədlərini axşam öz qardaşı Qasımov Coşğuna ötürür ki, saxtakar qardaşı şəxsiyyət vəsiqəsinin üz hissəsində şəkil olan hissəsində vətəndaşın özü arxa qeydiyyat olan hissəsində isə Abşeronun ucqar Güzdək, Mehdiabad və s. kəndinin hər hansısa sakininin şəxsiyyət vəsiqəsinin arxa üzünü kserosurətini etməklə qanunsuz ÜSY təyinatı aparır".
Daha sonra narazı vətəndaş dia.az-a yazır: "Belə işlərin sayı yüzlərlədir. Çox maraqlıdır ki, nazir S. Müslimov əvvəllər DSMF sədri olarkən qarşılaşdığı belə halların qarşısını almaq üçün göstəriş vermişdir ki, notarial tısdiqi olmayan sənəd olmadan təyinat aparılmasın. Amma Əmək və Əhalinin Sozial Müdafiəsi naziri təyin olunduğu 2 ildən artıq müddətdə nədənsə onun yadından bu vacib fakt çıxmışdır və yaxud kimsə buna şərait yaratmışdır.
Bu üsulla 2 qardaş qısa müddətdə milyonlara sahiblənmişdilər ki, bu fakt nədənsə heç kimi narahat etmir. Bu qədər qazancın qabağında gələn sıravı revizoru yola salmaqa nə var ki, əgər ilk baxışdan hər şey qaydasında görsənirsə. Prinsip 1-dir: "çox qazan, gələni yola sal, qoy hamı razı qalsın"".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
teref.az