Səhiyyə nazirinin müavininin himayəsinə arxalanan baş həkim...

26-04-2016, 23:36           
Səhiyyə nazirinin müavininin himayəsinə arxalanan baş həkim...
Abbas Vəlibəyov Fərhad Səfərova yetərincə dəstək verdiyindən o, əməllərindən geri çəkilmir Son illər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb personalının peşəkarlıq səviyyəsi minimuma enib Şirvan şəhəri, Heydər Əliyev prospekti 16 ünvanında yerləşən və artıq bir neçə ildir ki, Fərhad Səfərovun rəhbərliyi altında fəaliyyətini davam etdirən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında yaşanan olaylar, yol verilən nöqsanlar gün keçdikcə daha da şiddətli xarakter almaqdadır. Belə ki, hazırda adıçəkilən tibb müəssisəsində 10 şöbə və 2 poliklinikanın fəaliyyət göstərdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyada deyilir ki, Fərhad Səfərovun gəlişindən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb personalının peşəkarlıq səviyyəsi minimuma enib. «Ona kimi xəstəxananın durumu indikindən qat-qat yaxşı idi. Rayon sakinləri xəstəxananın tibb bacılarına və həkimlərə tam şəkildə güvənirdilər. Düzdür, o vaxtlar da Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət edən pasiyentlərdən müalicə və müayinə üçün pul alırdılar. Lakin Fərhad Səfərov baş həkim postuna gətirildikdən sonra o, «ödənişləri» birdən-birə qaldırdı, əsas diqqətini daha çox gəlir əldə etməyə yönəltdi» deyən mənbənin iddiasına görə, baş həkim mərhələli şəkildə xəstəxananın az qala bütün kollektivini özünə bənzətməyə nail olub: «Deyilənlərə görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov tibb ocağının həkimlərini də özü kimi işləməyə, yəni xəstənin səhhətindən öncə onun maddi durumu ilə maraqlanmağa sövq edir. Halbuki sakinlər ümid edirdilər ki, Fərhad Səfərov xəstəxananın baş həkimi vəzifəsinə gətirildikdən sonra o, bu sahədə ciddi irəliləyişlərə imza atılacaq. Lakin əhalinin gözləntiləri sonda heç də özünü doğrultmadı. Belə ki, Fərhad Səfərov sələfinin buraxdığı səhvləri, kobud nöqsanları aradan qaldırmaq əvəzinə, onları təkrarlanmaqla yanaşı, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyətində bir sıra yeni problemlərin yaranmasına da şərait yaratdı. Məhz elə bu səbəbdən də hazırda Şirvan səhiyyəsi viran edilir, əhaliyə normal tibbi xidmət göstərilmir». Əldə etdiyimiz məlumatlarda həmçinin, o da deyilir ki, Fərhad Səfərov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyinə gətirildikdən sonra bir qrup sakin onun qəbuluna düşüb mövcud problemlərini çatdırmaq, şikayətçi olduqları məsələlərə aydınlıq gətirmək istəsələr də, qarşı tərəf süni əngəllər yaradaraq əhalilə görüşdən imtina edib: «Hələ bu, harasıdır. Deyilənlərə görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının urologiya şöbəsində baş tibb bacısı Nuriyyə xanımın adı həm də xadimə kimi maaş cədvəlinə salınıb. Görünür, baş həkim Fərhad Səfərov məhz bu kimi yollarla əlavə qazanc əldə edir. Bütün bunlar onu deməyə əsas verir ki, Fərhad Səfərovun yarıtmaz idarəçiliyi nəticəsində Şirvanın səhiyyə sistemi tamamilə bərbad hala düşüb. Belə ki, dövlət hesabına maliyyələşən tibb müəssisəsində demək olar ki, bütün xidmətlər pulludur. Bu səbəbdən də vətəndaş pul verməsə, onun vəziyyəti ilə heç kim maraqlanmır. Sakinlər bu kimi halların, yəni pullu tibbi xidmətin aradan qaldırılması tələbi ilə dəfələrlə baş həkimə müraciət ediblər. Lakin hər dəfə xəstəxana rəhbəri deyir ki, gedin sizdən pul istəyən həkimlərdən aidiyyəti hüquq-mühafizə orqanlarına şikayət edin. Bu o deməkdir ki, baş həkim tabeliyindəki işçilərlə bacara bilmir. Deyilənə görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi dəlixanada yatmış Şəhla adlı xanımı hələ də doğuş şöbəsində işdə saxlayır. Maraqlıdır, görəsən niyə?..» Bu arada, baş həkim Fərhad Səfərovun səhiyyə nazirinin müavini Abbas Vəlibəyova arxalandığını iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, Şirvan şəhərindəki təcili yardım avtomaşınlarının vəziyyəti də bərbad haldadır: «Lakin bütün bunlara baxmayaraq, hələ bir dəfə də olsun Səhiyyə Nazirliyindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasında olub-bitənləri araşdıran, Fərhad Səfərovun fəaliyyəti ilə maraqlanan olmayıb. Halbuki əhali onun əlindən, qeyri-peşəkar «kadr»ları ətrafına yığmasından cana doyub. Deyilənlərə görə, baş həkimin bu qədər sərbəst hərəkət etməsinin əsas səbəbi onun səhiyyə nazirinin müavini Abbas Vəlibəyova arxalanması ilə bağlıdır. Görünən odur ki, nazir müavini ona yetərincə dəstək verdiyindən qarşı tərəf əməllərindən geri çəkilmir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.