"Qayıt, Qəzənfər dayı!" Rafil Hüseynovun başçılığı Masallının problemlərini dərinləşdirib

27-04-2016, 02:19           
"Qayıt, Qəzənfər dayı!" Rafil Hüseynovun başçılığı Masallının problemlərini dərinləşdirib
"İndi mənə verilən məlumata görə, Masallıda əsas məsələlər həll olunub. Əgər hansısa əlavə bir məsələ, yəni öz həllini gözləyən məsələ varsa mənə deyin, biz onu da həll edək. Mənim işim bundan ibarətdir". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayon ictimaiyyəti ilə görüşdə demişdir və həmin sözlər indi də qüvvədədir. Və əgər rayon rəhbərliyi mövcud problemləri gizlədirdə, demək ölkə başçısını aldadır. Problemləri ört-basdır etməyə bu qədər maraqlıdırsa, deməli, rayon rəhbərliyi onların yaranmasında özünü günahkar sayır.

Sonolay. org xəbər verir ki, Masallının sosial problemləri nəinki həll olunmur, hətta get-gedə dərinləşir. Dəfələrlə olub ki, cana doyan kəndlilər rayon icra hakimiyyətinin inzibati binasının qarşısına toplaşaraq icra başçısı ilə görüş tələb edib. Hər dəfə də onları RİH-in binasına buraxmayıblar və heç kim şikayətlərini dinləməyib. Kəndlilər yolların bərbad vəziyyətdə olmasından, kanalizasiya sisteminin yoxluğundan və başqa sosial çətinliklərdən narazılıqlarını bildirib.
Rafil Hüseynov Masallı rayonuna başçı təyin olunanda sabiq başçı Qəzənfər Ağayevin yolunu getməyəcəyinə ümid edirdilər. Ancaq çox tezliklə məlum oldu ki, ümidləri puça çıxıb. Bəzi məsələlərdə isə R. Hüseynov öz sələfinin atasına rəhmət oxudur.

Doğrudur, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə dəfələrlə dövlət pul ayırıb. Hər dəfə də vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsi barədə hesabatlar yayıb. Amma faydasını xalqdan çox məhz məmurlar görüblər. Masallının Xıl kənd camaatının da qaz tələbini də Rafil Hüseynov guya yerinə yetirib kəndə qaz xətləri çəkdirmişdi. Amma, qaz verilmir. İndi də qaz sayğaclarını quraşdırmaq məsələsi kənd camaatı üçün problem yaradıb. Yəqin icra başçısı gözləyir ki, kənd camaatı yenidən ayağa qalxıb yolu bağlasın, bəlkə kimlərinsə vicdanı oyana, yarımçıq saxladıqları işi tamamlayalar.

İCRA BAŞÇISININ İSTİXANA ƏMƏLİYYATI

Sonolay.org –un redaksiyasına verilən məlumatda o da qeyd olunur ki, qış aylarında Xıl kənd məktəbinin istixanası üçün verilən yanacağı başçı Rafil Hüseynov satdırır. Şagirdlər bütün qışı soyuq siniflərdə oturmağa məcbur olduqlarından tez-tez xəstələnir və bununla da dərsləri buraxmaq məcburiyyətində qalırlar. KİV-də icra başçısı ilə, daha doğrusu oğlu ilə bağlı ilginc iddialar səsləndirilib.

ƏRKİVAN ƏHALİSİNİN İSTEFA TƏLƏBİ

İddia olunur ki, Rafil Hüseynovun oğlu 3-4 ay əvvəl çox sürətlə idarə etdiyi "NİVA" markalı avtomobillə, Ərkivan kəndinin sakinini Qəriblər kənd məktəbinin qarşısında vuraraq öldürübmüş. Buna çox ciddi narazılıq bildirən Ərkivan kənd camaatı icra başçısının istefasını belə tələb ediblərmiş. Lakin çox keçmədən icra başçısı kənd sakinləri ilə dil tapmağı bacarıb və məsələni öz xeyrinə həll edib.

İcra başçısının «boru əməliyyatı»

Keçmiş Sovetlər vaxtında Xıl kəndinə çəkilmiş yeraltı dəmir su borularının hamısını (İcra başçısının göstərişi və nəzarətiylə) VİLƏŞSTROYUN müdiri Ağabəy Ağayev qazdıraraq çıxardıb satıb. Bu yerdə onu da xatırlatmağa dəyər ki, Viləşçay Su Anbarının müdirinin Göytəpə DYP postunda çalışan oğlu İlham Ağayev vaxtilə vətəndaşın üzərinə silah çəkmişdi. Maraqlı sual ortaya çıxır: Görəsən o, eyni hərəkəti Rafil Hüseynovun maşınla adam vuran oğluna qarşı edə bilərdimi?
Masallının Xıl kənd əhalisi bildirirlər: «rayonun mərkəzi küçəsinə girmək belə mümkin deyirl., Quraqlıqda toz-torpaq, yağıntılı havada isə palçıq dizə qalxır. Xıl kəndinin içindəki 4-5 km yolu maşın yarım saata ancaq gedir. Taksi sürücüləri müştəri aparmaq üçün bu kəndə girmək belə istəmirlər».

«Xıl kəndindəki böyük məktəbin böyük dərdi»

«Xıl kəndində böyük bir məktəb tikilib». Rafil Hüseynov deyir ki: «bu böyüklükdə məktəb nəyə lazımdır, mən bir az tez gəlsəydim, bu məktəbi tikilməyə qoymazdım». Bu münasibət Rafil Hüseynovun bir başçı olaraq təhsilə necə "qayğı" göstərməsini ortaya qoyur . Onu da deyirlər ki, Masallı təhsilinə «yuxarıdan» gələn qada-bala da təhsil ictimaiyyətinin yalnız zərif nümayəndələrinə gəlir. Qadın məktəb direktorları işdən çıxarılır, kişilərə isə töhmət verməklə və əlbəttə ki, "silkələməklə" kifayətlənirlər. Masallının problemlərinin həllinə yardımçı ola biləcək daha bir şəxsə-deputat Elmira Axundovanın isə RİH başçısına sözü keçmir. Ağzını açan kimi xatırladırlar ki, getsin ərköyün oğlunun işləri ilə məşğul olsun. Bizim eldə belə kişiyə deyərlər ki, gücünü arvadlara göstərir.

Mövzuya qayıdacağıq.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.