XOCAVƏND MƏRKƏZİ XƏSTƏXANASINI BAŞ HƏKİM MƏHV EDİR

28-04-2016, 23:43           
XOCAVƏND MƏRKƏZİ XƏSTƏXANASINI BAŞ HƏKİM MƏHV EDİR
Son beş il ərzində Xocavənd səhiyyəsi ilə bağlı olan şikayətlər rekord həddindədir desək, yəqin ki, yanılmarıq.

Bəlkə də olunan çox saylı şikayət ərizələrinin sayına görə Xocavənd xəstəxanası "Ginnesin Rekordlar” kitabında birincilər sırasında yer alıb.

Xocavənd səhiyyəsinin əhaliyə normal səhiyyə xidməti göstərməməsi səbəbindəndir ki, rayon sakinlərinin əksəriyyəti başqa rayonlara üz tuturlar.
Bu gün həm paytaxt Bakıda, həm də bölgələrimizdə kifayət qədər yeni tikilmiş səhiyyə ocaqları var ki, o da vətəndaşların istifadəsinə verilib. Təəssüflər olsun ki, həmin səhiyyə ocaqlarının əksəriyyətinin yalnız görüntüləri qalıb.

teref.az Sonolay.org-a istinadən xəbər verir ki, kənardan özündə görüntü yaradan, yalnız daxilində heç də göründüyü kimi olmayan xəstəxanalardan biri də Xocavənd rayon mərkəzi xəstəxanasıdır. Fəaliyyəti əhali tərəfindən heç də qənaətbəxş olmayan Xocavənd MRX – sı ilə bağlı müxtəlif qrumlara vaxtaşırı olunan çox saylı şikayətlərin sayı durmadan artır. Olunan şikayətlərin əksəriyyəti isə bilavəstə xəstəxananın baş həkimi Nürəngiz Bəşirovayla bağlıdır. Daha doğrusu, onun yarıtmaz fəaliyyətini əks etdirir.

Son zamanlar Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəngiz Bəşirovanın yarıtmaz fəaliyyəti nəticəsində artıq sakinlərin rayon səhiyyəsinə inamı itib.Bu üzdən də rayon sakinləri artıq digər rayonalırn xəstəxanalarına üz tutmalı olurlar. İnventarları sınıq-salxaq olan bu xəstəxanada xəstələrin qalması üçün lazımi şəraitin olmaması da verilən məlumatlar sırasında əks olunur. Dövlət büdcəsindən adıçəkilən tibb ocağına ayrılan vəsaitlərin baş həkim Nurəngiz Bəşirova tərəfindən mənimsənildiyi də bildirilir.

Bu əsnada məlumatlandıran şəxsin iddiasına görə, Xocavənd Rayon Mərkəzi Xəstəxanasında xəstələrə verilməli olan ərzaq və dərman preparatları rəhbərliyin qazanc mənbəyinə çevrilib. Verilən xəbərlərdə o da qeyd olunur ki, Xocavənd RMX - da 300-dən artıq çarpayı olsa da, 30 çarpayılıq yer belə yoxdur. Xəstəxanada çalışan 300 tibb personalının isə yarıdan çoxu yarımştat fəaliyyət göstərir. Xəstəxananın bu qədər işçisi olsa da xəstəxanaya yalnız 20-30 işçı gəlir. «Xəstəxanada adları gedən işçilərin əksəriyyəti baş həkimin qohum əqrabalarıdır, qalanlarının isə yalnız adları var. Çoxlarının adlarının xəstəxanada işçi kimi getməsindən özlərinin heç xəbərləri də yoxdur».

Əldə edilən informasiyalarda deyilir ki, Xocavənd xəstəxanasında heç bir işdən söhbət gedə bilməz. «Çünki xəstəxanada nə xəstə var, nə də xəstəyə qulluq. Xəstəxanaya gələn 5-10 işçinin isə otaqlardan çölə çıxmağa ixtiyarları yoxdur. Sanki xəstəxana ətrafdan təcrid olunmuş həbsxananı xatırladır. Təsadüfi hallarda əlacsız qalan sakinlər xəstəxanaya müraciət edəndə də ora gəldiklərinə peşiman olurlar. Çünki lazım oldu olmadı xəstəxanaya gələni deydiyyatdan keçirərək məcbur edirlərki hökmən xəstəxanada qalmalısan. O xəstələr ki, onların elə bir ciddi problemləri yoxdur. Yalandan bir iki gün yatmalısan ki, onlara lazım olan vəsaitləri silə bilsinlər».

Xəstəxanadakı ümumi vəziyyəti kənardan bir neçə dəqiqə müşahidə etmək yetər ki, burda nə baş verdiyini görmək olar. Doğrudan da, Xocavənd sakinləri müalicə üçün başqa xəstəxanalara üz tutacaqlarsa, bəs onda bu xəstəxanaya ayrılan vəsait nəyə lazımdır?..
İddia edilir ki, xəstəxanadan çırpışdırdığı pullar baş həkimin gözünü yumub ki, artıq gözü ətrafın belə görmür. N. Bəşirova ondan şikayət eləyənləri məhkəmə və prokurorluqla hədələyir. Bunun üçün də baş həkim xəstəxanada «üzə duranlar»da saxlayır. Belə ki, xəstəxanada tibb xidmətlərindən narazı qalan vətəndaşları N. Bəşirova «üzə duranlar» ı sayəsində yalançı şahidlər təşkil edərək, həmin narazı şəxslər barəsində aktlar tərtib edərək prokurorluğa verir və bu yolla da onlara təzyiq edərək şikayət etmələrinin qarşısını alır.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Xocavənd Mərkəzi Xəstəxanasının fəaliyyəti geniş şəkildə araşdırılmalıdır.

P.S. Aprelin 19-da Xocavənd rayonunda xoşa gəlməz hadisə baş vermişdir. Hadisə nəticəsində Rüstəm Ələddin oğlu Əliyev ağır yaralanıb.
O, həmkəndliləri Arif və Ədalət Hüseynov qardaşları tərəfindən döyülərək, işgəncəyə məruz qalıb. Belə ki, qardaşlar əvvəlcə onun əl-ayağını bağlayaraq, vəhşicəsinə döyüblər. Daha sonra isə əllərindəki yaba ilə qolundan vuraraq, ağır xəsrət yetiriblər. Ardından yabayla onun bədəninə də xəsarətlər yetirərək, bədəninin müxtəlif nahiyələrinə yaralar vurublar.
Rüstəm Əliyev aldığı ağır xəsarətlərdən dolayı, qanı axa-axa özünü Xocavənd Mərkəzi Xəstəxanasına çatdırıb. Xəsəxanada onu Cavid adlı həkim qarşılayır və məsələni bilən kimi, yaralını qəbul etməkdən imtina edir. Vəziyyəti getdikcə ağırlaşan yaralı, özünü güclə Beyləqan Mərkəzi Xəstəxanasına çatdırır və orada əməliyyat olunur.

Görünür N. Bəşirova unudub ki, hadisəni törədənin kimliyindən asılı olmayaraq, həyatı təhlükəsi olan şəxsin xəstəxanaya qəbul edilməsi, ona tibbi yardım göstərilməsi vacibdir və müzakirə oluna bilməz. Lakin görünən odur ki, Xocavənd Mərkəzi Xəstəxanasının baş həkimi Nürəngiz Bəşirova üçün xəstəxənin hansı halda olması elə də əhəmiyyətli deyil. Onun «Hippokrat andı»nı da bir kənara qoyaraq, adi insani yanaşma tərzi sərgiləməməsi isə qətiyyən başadüşülən deyil.
Baş həkim bilməliydi ki, Rüstəm Əliyev aldığı yaralardan dolayı həyatını itirə bilərdi.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verə bilər!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.