Naxçıvan gömrüklərində “Dəli Domrul” qanunları ləğv olundu: 50 kq. xiyar-badımcan erası bitdi

15-11-2022, 09:06           
Naxçıvan gömrüklərində “Dəli Domrul” qanunları ləğv olundu:
Naxçıvan gömrüklərində “Dəli Domrul” qanunları ləğv olundu: 50 kq. xiyar-badımcan aparmaq erası bitdi
Məlum olduğu kimi, Naxçıvanın Sədərək gömrüyündə Dəli Domrul qanunları keçərli idi. Sərhəddən keçən hər kəs 50 kq xiyar, badımcan və tərəvəz keçirməli və apardıqlarını Türkiyə tərəfdə Araz çayına atmalı idi.
TEREF.AZ yazır ki, Ovqat.com-un məlumatına görə, dünəndən 50 kq. xiyar-badımcan öhdəliyi ləğv olunub və Türkiyəyə səyahətə çıxanlar bu ölkəyə əliboş gedə bilərlər.
Bildirilir ki, İranla sərhəd də açılıb və bu ölkəyə gedən hər kəs geri qayıdanda özü ilə 30 kq. yemək məhsulları və 800 ABŞ dolları dəyərində məişət əşyaları gətirə bilər.
Naxçıvandan aldığımız digər məlumata görə, “Cahan” holdinqə yeni müfəttişlər gəlib. Onlar İstilik sistemləri zavodunda yoxlamalara başlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru