Nabranın “Atlant” istirahət və əyləncə zonasında qanunlar tərs işləyir- İTTİHAM
17-07-2023, 16:56
Ehtiram Xəlilov Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən vaxtilə məşhur “Atlant” istirahət və əyləncə zonasında bağban işləyir.
Hazırda ağır günvurma diaqnozu ilə Xudat xəstəxanasına düşüb. Günvurmanın səbəbi “Atlant”-ın müdriyəti tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının və Əmək qanunvericiliyinin əməyin mühafizəsi tələblərini qəsdən və kobud şəkildə pozulmasıdır.
Beləki, iyulun 15-i “Atlant”ın bağbanı Müslim Şixəliyev “Atlant”-ın icraçı direktoru Cavidanın göstərişi ilə Ehtiram Xəlilovu və Aydın ... günəş şuaları altında(kölgədə 36 dərəcə istidə) müəssisənin ərazisində yerləşən fındıq bağında ot biçmək və fındıqların dibini qazmaqla məşqul olublar.
Təxminən saat 15-də Ehtiramın halı pisləşib. O, müəssisənin həkimlərinə müraciət edib. Həkimlər ona günvurma diaqnozu qoyublar, günəşə çıxmamağı və kölgədə dincəlməyi tövsiyə ediblər. Lakin müəssisə rəhbərliyi Ehtiramı işləməyə məcbur edib. Bundan sonra onun halı daha da ağırlaşıb, gecə burnundan qan açılıb. Lakin səhərisi gün, iyulun 16-ı Ehtiram Xəlilovu bağban Müslim Şixəliyev yenidən açıq sahədə, günəşin altında işlədib.
Teref.az yazır ki, bunu müstəqil jurnalist Cəmil Məmmədli öz feyusbuk səhifəsində yazıb. Cəmil bəy daha sonra yazır:
Axşam Ehtiram işdən evə qayıdıb və bu gün onun halı yenidən pisləşib. Ailə üzvləri onu Xudat xəstəxanasına aparıblar.
Məsələ ilə bağlı ortaya bir sıra hüquq və humanitar suallar çıxır.
Ümid edirəm, aidiyati orqanlar “Atlant” rəhbərliyi qarşısında bu sualları qaldırıb, onlara qanunvericiliyə uyğun cavablar alacaqlar, günahkarlar cəzalandırılacaqlar, insan əməyinin bu dərəcədə qəddarcasına istismarına son qoyulacaq. Axı “Atlant” istirahət müəssisəsidir, islah-əmək müəssisə deyil.