SON DƏQİQƏ! Zakir Fərəcovun səhhəti ağırlaşdı əməliyyat olundu - İDDİA
19-07-2023, 09:34
Xəbər verdiyimiz kimi, rəsmi dairələ icra başçılarının məzuniyyət götürməsini müvəqqəti olaraq məhdudlaşdırıb. Bu barədə yayılan xəbərlərdən belə anlaşılır ki, hakimiyyət yay ayının “qaynar” keçəcəyini və hansısa vacib işlər səbəbindən rayon rəhbərlərinin yerində olmasını tələb edib. Lakin bu qərarın bəzi icra başçılarına heç bir aidiyyatı görünmür.
"Azərbaycan Reallığı" xəbər verir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov iyulun ilk günü köməkçisi (qohumudur) və şəhər bələdiyyəsinin sədri ilə ölkəni tərk edib. Üçlüyün ölkəni tərk etməsinin səbəbi isə Almaniyada keçirilməsi nəzərdə tutulan tədbirə qatılmaq olub. Belə ki, Almaniya şəhərlərinin biri ilə qardaşlaşmaq istəyən Sumqayıtın bu məsələsini rəsmiləşdirmək üçün tədbirə icra başçısı qatılmamalı idi. Lakin Fərəcov özünü həmin siyahıya saldırmağa nail olub.
Gələn məlumatlara görə, tədbir iyulun 3-də başa çatsa da, Fərəcov geri qayıtmayıb. O, Türkiyəyə yola düşüb. Əldə etdiyimiz məlumatda bildirilir ki, Sumqayıtın icra başçısı əvvəlcə İstanbulda məşhur klinikalartdan birində müayinə olunub. Daha sonra isə həkimlərin rəyinə əsasən əməliyyat edilib. Boğazından əməliyyat olunan Fərəcov bir neçə gün klinikada qaldıqdan sonra Türkiyənin istirahət mərkəzi olan Bodrum şəhərinə üz tutub. Hazırda isə onun Bodrumun ən bahalı otellərindən birində istirahət etdiyi bildirilir.
Xatırladaq ki, bu, Zakir Fərəcovun ilk işi deyil. O, səhhəti ilə əlaqədar hər ay bir dəfə heç bir icazə almadan ölkəni tərk edir. Hələ ötən ilin yayında da analoji qaydada iş yerini tərk edərək, Almaniyaya getmişdi. Həmin vaxt onun beynindən əməliyyat olunduğu bildirilirdi.