`Avtoş`luq edən YOL POLİSLƏRİ... - Və yaxud dövlət çətiri altında "şıltaqlıq edənlər" kimlərdir?

19-07-2023, 12:35           
`Avtoş`luq edən YOL POLİSLƏRİ... -
Hörmətli oxucular, çiynində paqon daşıyan hər bir kəsin hamı tərəfindən nümunəvi şəxs kimi tanınması , xüsusilə davranış və rəftarı ilə ətrafdakılara necə deyərlər, əxlaqdərsi keçməli olduğu kimsəyə sirr olan bir məsələ deyil.O ki ,həmin şəxs polis işçisi, üstəlik yol polisi əməkdaşı ola.Bu kateqoriyadan olan şəxslər həmişə bir qayda olaraq öz məziyyətləri ilə diqqət çəkir, bütövlükdə həmin sahədə çalışanlar haqqında öz hərəkətləri ilə rəy yaratmış olurlar.
İlk növbədə zahiri səliqə-sahmanı, nəzakətli rəftarı, diqqətcil və qayğıkeşliyi onları adamların gözündə böyüdür.Yol polisi əməkdaşlarının çətin durumda olan şəxslərə,agır xəstələri aparan avtomobillərə dəfələrlə lazımı ünvana çatmaqdan ötrü hər cür yardım göstərdikləri barədə dövri mətbuatda çoxsaylı yazıları fəxarətlə oxuyanda ürəyimizdən “Mənim polisim qanunu da məni də qoruyur “ifadəsini də az keçirməmişik.
Amma təəssüf olsun ki, bəzən bu mühüm dövlət əhəmiyyətli sahədə də təsadüfi, yerində olmayan, insanlarda xoşagəlməz rəy yaradan yol polisi paqonu daşıyan əməkdaşlara rast gəlmək mümkündür. Özünü “avtoxuliqan”kim aparan,”yerində olmayan,avtoşou”göstərən yol polisi əməkdaşı görəndə beləsinin həmin təşkilatda özünə necə “yer”elədiyinə mat qalmaya bilmirsən. Əsl mədəniyyətsizlik nümunəsi olan belələrindən birisi Şamkir Dövlət Yol Polisi idarəsində “yuva qurubmuş”sən demə.
90yp231 nömrə nişanlı yol polisi avtomobilində həmin polisin necə özbaşnalıqlar etdiyinin şahidi olanlar az deyil.
Həmin maşının bir qayda olaraq yol hərəkəti qaydalarına- işıqforda hansı işıgın yanmasına, qadağan olunmuş yerdən dönmə əməliyyatı keçirməsinə,öz “avtoşou”lugu ilə qəza şəraiti yaratmasına və s.nə ad vermək olar?
Bu günlərdə həmin yol polisi avtomobilində xidmət aparan şəxs xidməti ərazidə bir avtomobili saxlayıb.Özü də dönmə əməliyyatını düzgün yerinə yetirmədən ona dur işarəsi verib.Saxladıgı avtomobil sürücüsündən “remeni”niyə taxmasıgını və buna görə cərimələndiyini bildirib.Qıribə burasıdır ki, həmin yol polisi əməkdaşı özü də qayış taxmayıbmış və saxlanılan maşının sürücüsü də bunu ona irad tutub.
Axı dogrudan da heç olmasa adi mədəniyyət qaydaları var.Yol hərəkəti qaydalarını pozan sürücünü saxlayan polis ən azından utanıb həmin maşını gərək heç saxlamaya idi.Utancverici durumla üzləşən həmin əməkdaş isə heç utanıb -qızarmadan nə desə yaxşıdır?
Bizə hər şey “palojnadır”
Görəsən onun bu diliuzunlugunun səbəbi nədir?
Kimə,nəyə arxayındır? Bəlkə hesab edir ki, onun özbaşınalıqlarının qarşısına sədd çəkən olmayacaq?
Respublika Yol Polisi rəhbərliyi yəqin ki,bu məsələyə biganə qalmayacaq,həmin *avtoş “polis haqqında lazımi ölçü götürüləcək ,ona nəyin “palojna”olub -olmadıgını qanununun dili ilə başa salmış olacaqdır. //aktualxeber.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.