Qəzənfər Ağayevin yol təmiri əməliyyatı – Astaranın yollarına bir il ərzində nə qədər pul xərclənib?

26-07-2023, 08:54           
Qəzənfər Ağayevin yol təmiri əməliyyatı –
Astara Rayon İcra Hakimiyyəti Astara rayonunda yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 527.723,35 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur.

Zaur Abıyevin adı isə “MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.

Astara Rayon İcra Hakimiyyəti ötən il yolların təmirinə 1 072 944, 79 AZN xərcləyib. Satınalma müqavilələri “Elnur-2” şirkəti və “Birlik-3A” MMC ilə bağlanıb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən bu vəzifədədir. Qəzənfər Ağayev 2006-cı ildə Yardımlı, 2006-2012-ci illərdə isə Masalının icra başçısı vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru