SABUNÇU POLİSİLƏ İCRA HAKİMİYYƏTİ VƏTƏNDAŞLARA QAN UDDURUR POLİS İCRA HAKİMİYYƏTİNİN MÜDAFİƏÇİSİ ROLUNDA

29-07-2016, 12:01           


İcra hakimiyyəti başçıları ilə polis rəislərinin transferlərinə toplumun marağı və reaksiyası son çağlarda getdikcə öləziyir.Nədən dəyişikliyin insanların yaşamına yaxşı anlamda yetkisizliyidir.Maraq doğuran hər trabsferdə az qala bütün şəxsi heyətin yeni başçının və polis rəisinin qohum-kadrlarından formalaşmasıdır.Yaddaşlarda olar,daxili işlər naziri Sabunçuya polkovnik İsmayıl Əsədovu Yasamaldan transfer etmişdi.Bir gün keçmiş yeni rəisin “Sabunçuda qohumlarının çoxluğu nədənilə” Nərimanov rayonuna dəyişilməsi izah edildi.Belə çıxır,Sabunçunun icra başçısı İsmayıl Əsədovla “işləmək istəmədiyindən” özünə “Bandotdel”in keçmiş işçisi Eldar İlyasovu rəis sifariş edib?! Bəyəm polisin vəzifəsi icra hakimiyyətini qorumaqdır?Fikir verin,hər rayonun polis rəisi rayon icra hakimiyyətinin göstərişləri ilə oturub-durur.Rayona yeni təyin oluna icra başçısı ilk növbədə polis rəisini “özünə ram edir”.Sumqayıtda da belə olub,Sabunçuda da,başqa rayonlarda da.
Eldar İlyasov Sabunçuya rəis təyin olunan kimi Nardaranda “Bandotdelsayağı” əməliyyatla yadda qaldı.Nardaranda ayrıca bölmənin yaradılması isə vətəndaşların hüquqlarının daha effektli qorunması kimi təqdim olundu.Hətta ölkə başçısı bu qəsəbə sakinlərinin insanların mülkiyyət hüquqlarını pozması nədənindən bu addımın atıldığını bildirdi.Gerçəkdə isə Nardaran sakinlərinin mülkiyyət hüquqlarının icra hakimiyyəti məmurlarının güdazına getməsi üzə çıxır.Qarabağ əlilinin 25 illik icarədarı olduğu bağ sahəsində ev tikmək istəyinə rüşvət qadağası qoyulması barədə gündəmi zəbt edən olay da bu fikri gücləndirir.Belə çıxır,Nardaran sakini öz əmlakını Naxçıvandan olan “komunxoz”un ic(a)rasına verib?Bu Həbib adlı “komunxoz” da rayonun İsa adlı memarı ilə birgə məhkəmə qərarı olmadan ev uçurur,hasar sökdürür?”Komunxoz”u memar,memarı icra başçısı kimi “danışan” məmurdan nəsə gözləməyə dəyərmi?Bəs hüquq – mühafizə orqanları hara baxır?Nardaranın yanından bircə yol keçmək yetər ki,bu qəsəbənin hər giriş-çıxışında yaraqlı-yasaqlı polislərin çevik post yaratmalrını görəsən.Elə bil bu qəsəbədə aşırı – fövqəladə vəziyyət rejimidir.Bu rejim isə vətəndaşlara yox,icra qurumlarına,Nardaranın “Naxçıvanlaşdırılmasına” xidmət edir.Baxın,özbaşınalıqla malı-mülkü dağıdılan vətəndaş 10 gündür 102,161 “qaynar yardım xətlərinə” müraciət edir,hələ də Sabunçu polisi ərazinin hansı bölməyə aid olamsını müəyyən edə bilməyib.Ən yaxşı halda polis icra işçisinin tapşırıqlarını yerinə yetirdiyini bildirib,qanunsuzluğa dəstək verir.Əli hər yerdən üzülən hüquqsuz vətəndaş çıxış yolunu etiraz aksiyasında,intiharda tapır.
Sabunçu polis rəsi Eldar İlyasovun rayona rəis gəlməsilə küçə ticarətinin tüğyan etməsi də eyni çağa düşdü.Rəis Qarabağ əlillərinin dərman ,çörək pulu köşkündən haqq tələb edib,köşkdə işləyən əlili 6 saat idarədə ac-susuz,məhkəmə qərarı olmadan həbs edib.Yalnız 6 saatlıq şikayətlərdən sonra 80 manat cəriməni zorla yerində ödətdikdən (??) sonra azad edib.Ombudsman bunu qanuni sayıb ki,lisenziyasız valyuta dəyişib(??).Prokurorluq hələ də cavab verməyib,baş polis idarəsi isə 6 saat saxlanmanı sübut etməyi (??)tələb edib.Şikayət etdikcə əlillərin yenidən yerində cərimələnməsi qüvvəyə minib.Fikir verin,bir pozuntuya görə vətəndaş həm həbs olunub,həm iki dəfə cərimə olunub.Belə hüuquqa “ququq” deməkdən özgə nəyə gücümüz çatır?
Ölkədə ayrıca istintaq-araşdırma qurumu yaradılmayınca vətəndaşların hüquqlarına icra hakimiyyəti,hüquq –mühafizə orqanlarının saldırısı sürəcək.Nə qədər ki,polis,prokurorluq icra hakimiyyətlərinin qoçuları,vəkilləri,müdafiəçiləri rolunda çıxış edəcək,hansıa hüquqdan danışmaq da yersiz olacaq.
Məğrur Bədəlsoy
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.