Lənkəran rayonunda məmur və sahibkarlara qənim kəsilən Nazim Məmmədov

29-07-2016, 14:09           
Lənkəran rayonunda məmur və sahibkarlara qənim kəsilən Nazim Məmmədov
Bakunews.tv-ə Lənkəran rayonunda dələduzluq faktları ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, rayon məmur və sahibkarları vətəndaş tərəfindən dələduzluq yollu ilə şantaj edilməkdədirlər. Etibarlı mənbənin verdiyi məlumatda Nazim Qulam oğlu Məmmədovun məmurların rayonda bəlasına çevrilməzsi azmış kimi son zamanlarda yerli sahibkarların başına bəla olmaqdadır. Lənkəran rayonunda özünü Putin Nazim ləqəbi ilə tanıdan vətəndaş idarə rəhbərlərini şantaj etməkdədir. Artıq bu şəxsin əlindən bezar olan rayon idarə rəhbərləri onun hər əmrin yerinə yetirəsi vəziyyətə gəliblər.

Mənbə bildirir ki, Nazim Məmmədov son zamanlar yerli sahibkarlara zülm edir. Onlarla bağlı şər böhtan yayaraq, idarələrə şantaj xarakterli məktublar yazaraq sahibkarların incidilməsinə səbəb yaradır. Lənkəran rayon sahibkarlarına hədə-qorxuların edərkən "mən yazaram, hətta Putinə yazıram o, mənim məktubuma cavab verir" deyərək sahibkarları narahat etməkdədir. Bütün bunlara baxmayaraq hətta rayon Polis idarəsinidə hədələməkdədir. Nazim Məmmədovun böyük oğlu Bakı-Astara Liman ərazisində öz Mersedes markalı avtomobili ilə, Masallı rayon Təzə Alvadı kənd sakinləri olan ər-arvadı qəza zamanı öldürmüş amma məsuliyyətə cəlb edilməmişdir. Qəza törədən oğlunun məsuliyyətdən hansı şəraitdə yayınmasıda mənbəyə məlumdur. Bu şəxsin narkotik alüdəçisi olduğuda rayon əhalisi tərəfindən aşikar qeyd edilməkdədir. Nazim Məmmədovun qardaşı ilə birgə rayonda bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq hərəsindən 10-15 min manat alaraq dələduzluq etmişlər. Bir məqamıda qeyd edək ki, "Nazimin qardaşı 7 il həbs cəzası çəkmiş və cəzalanmasının səbəbi isə narkotik madələrin satışını təşkil etməkdir".


Bakunews.tv-ə daxil olan məlumatda o da bildirilir ki, Nazim Məmmədov heç bir biznesi olmadan, dədə mülkü olmadan rayon daxilində 10-dan çox obyektin və həmçinin yaşayış evlərinin sahibidir. Bütün bu dəyirmanın suyunun hardan gəlməsi isə tam şəkildə məlumdur. Şantaj yolu ilə təmənasız dövlət torpaqlarını adına keçirərək və onların üzərində tikinti aparmaq üçün, sahibkarları şantaj etməkdən çəkinmədən tikintilərini başa vurmuşdur. Ondan çox obyekt sahibi olan bu şəxs aldığımız məlumata görə, dövlət vergisini ödəməmək üçün hətta Lənkəran vergi rəisini belə hədələməkdən çəkinmir.

Araşdırma davam edir...

Rəsmi göstəricilərdə cinayətkar ailə üzvləri olan bu şəxs barəsində gələn sayımızda tam araşdırma nəticələri dərc ediləcək...

Yazıda adı çəkilən hər bir şəxsi dinləyərək mövqeyin dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.